Şairlər, aktyorlar, müəllimlər bir arada Poeziya görüşündən görüntülər
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Qiraətçilər, ədəbiyyatçılar, müəllimlər və poeziya həvəskarlarının iştirakı ilə Azərbaycan ədəbiyyatının və poeziyasının təbliğinə həsr olunan poeziya görüşü keçirilib.
''Yeni Sabah'' xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycan ədəbiyyatının zəngin irsini, milli poeziya nümunələrini və söz sənətini daha geniş auditoriyaya tanıtmaq, iştirakçılarda poeziyaya marağı artırmaq, eləcə də ədəbiyyat və musiqi arasında əlaqəni nümayiş etdirmək olub. Görüş çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığından nümunələr səsləndirilib, iştirakçılar müxtəlif interaktiv rubrikalarda öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin maraqla qarşılanan rubrikalarından biri “Şairi tanı, misrasını söylə” olub. İştirakçılara Azərbaycan şairləri haqqında suallar verilib, onların əsərlərindən misralar səsləndirilib. Rubrikanın fəal iştirakçıları kitab hədiyyələri ilə mükafatlandırılıb. Marqarita pizza
“Müəllifi kimdir?” rubrikasında məşhur Azərbaycan mahnılarının söz müəllifləri ilə bağlı suallar ünvanlanıb. Bu rubrika vasitəsilə iştirakçılara Azərbaycan musiqisinin formalaşmasında söz sənətinin mühüm rolu xatırladılıb.
“Söz səndədir” rubrikasında isə iştirakçılar öz poetik nümunələrini yaradaraq təqdim ediblər. İştirakçılar həm fərdi yaradıcılıqlarını nümayiş etdirib, həm də poeziyanın canlı və yaradıcı sənət olduğunu bir daha ortaya qoyublar.
Tədbir çərçivəsində müxtəlif komanda yarışları da təşkil olunub. Ədəbiyyat və poeziya ilə bağlı sualların cavablandırıldığı yarışlarda komandalar öz biliklərini sınayıblar. Yarışların sonunda qalib komandalar təşəkkürnamələrlə təltif olunublar.
Görüşdə Azərbaycan ədəbiyyatının klassik nümunələrinə də müraciət olunub. İştirakçılar tərəfindən “Vaqif” dramından səhnə canlandırılıb, bununla Azərbaycan dramaturgiyasının və teatr ənənələrinin təbliğinə də yer verilib.
Tədbirdə Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı Nuranə Nur, gənc aktyor və qiraətçi Ağaəli Kərimzadə qonaq qismində iştirak ediblər. Qonaqlar poeziyanın, bədii qiraətin və ədəbiyyatın cəmiyyətdəki rolu barədə fikirlərini bölüşüb, tədbir iştirakçıları üçün şeir nümunələri səsləndiriblər.
Azərbaycan dili və ədəbiyyat müəllimi Rasimə Abbasova çıxışında Azərbaycan ədəbiyyatı və musiqisinin zənginliyindən danışaraq milli söz sənətinin dünya xalqları arasında layiqli yer tutmağa qadir olduğunu vurğulayıb.
Tədbirin sonunda təşkilatçılar Rasimə Abbasova, Günel İlqar və Elnarə Eyyubova iştirak edən qonaqlara və tədbirə maraq göstərən bütün iştirakçılara təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, tədbirin əsas məqsədi Azərbaycan ədəbiyyatının, poeziyasının və milli söz sənətinin təbliği, gənc nəslin ədəbiyyata marağının artırılması, şeir və qiraət mədəniyyətinin inkişaf etdirilməsi, eləcə də iştirakçıları söz sənətinin müxtəlif istiqamətləri ilə daha yaxından tanış etmək olub.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 10 Avqust 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















