“Sakaryaspor”a keçən Aysun Muradova: “Məqsədimiz çempionluqdur”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Türkiyənin “Sakaryaspor” futbol klubuna transfer olunan Azərbaycan millisinin üzvü Aysun Muradovanın hədəfi çempionluqdur.
22 yaşlı müdafiəçi klubun ambisiyalarının hədəfləri ilə üst-üstə düşdüyünü qeyd edib.
"Klub rəhbərliyinin hədəfinin çempionluq olduğunu bildirməsi məni daha da cəlb etdi. Çünki keçdiyim hər bir komandada əsas istəyim zirvəyə yüksəlməkdir. Onlar məni müdafiə xəttində görmək istədiklərini və güvəndiklərini vurğuladılar. Əvvəllər 'Sakaryaspor'a rəqib olmuşam, oyun tərzimə bələddirlər. Əlbəttə, etimadı doğrultmağa çalışacağam", - deyə o report.az-a açıqlamasında deyib.
A.Muradova fərqli klublarda çıxış etməyin təcrübəsini artırdığını diqqətə çatdırıb:
"Müxtəlif komandalarda oynamaq mənə hər il yeni həyəcan və təcrübə bəxş edir, fərqli nüanslar öyrədir. Bu, çempionata uyğunlaşmaq baxımından müsbət təsir göstərəcək. Böyük maraq və istəklə yarışların başlamasını gözləyirəm".
O, Türkiyə liqasındakı rəqabət səviyyəsinə də toxunub:
"Burada ildən-ilə inkişaf, mübarizə və rəqabət səviyyəsi artır. Bu mövsümdə də gərginliyin yüksək həddə olacağını düşünürəm".
Qeyd edək ki, "Sakarya" Türkiyə I Liqasında mübarizə aparır. Aysun Muradova daha əvvəl qardaş ölkədə "Kayseri Kadın FK" və "Kireçburnu" klublarının formasını geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 14 Avqust 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















