Sakin: “Yanğına sonuncu mərtəbədə yaşayan qonşu səbəb olub“ VİDEO
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 10B ünvanında yanğın baş verib.
Hadisə çoxmərtəbəli yaşayış binasının damında qeydə alınıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları təhlükəni nəzərə alaraq vətəndaşları evlərindən təxliyə ediblər.
Sakinlərin iddiasına görə, hadisənin baş verməsinə səbəb binanın doqquzuncu mərtəbəsində yaşayan qonşudur.
"Qonşum zəng etdi ki, nə oturmusan, bina yanır. Durub bayıra çıxdım. Yanğına 9-cu, sonuncu mərtəbədə yaşayan qonşu səbəb olub. Dama taxta, parça, şüşə yığılmışdı", - deyə sakin yanğınla bağlı danışarkən deyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Baxış sayı:66
Bu xəbər 15 Noyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















