Sakinlər narahatdır: Sahibsiz itlər uşaqlara hücum edir
Icma.az bildirir, Milli.az portalına istinadən.
Biləsuvar rayonunda sahibsiz itlərlə bağlı vəziyyət getdikcə daha narahatedici hal alır. Rayon mərkəzi xəstəxanasının verdiyi məlumata görə, son 15 gün ərzində it dişləməsi səbəbilə 26 nəfər tibb müəssisəsinə müraciət edib.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, sahibsiz itlər xüsusilə məktəbə gedən uşaqlar üçün təhlükə yaradır. Onlar bildirirlər ki, bu cür hallar tez-tez baş verir və məsələ ilə bağlı tədbir görülməsini istəyirlər.
"Uşaqlara hücum edirlər, bunu dəfələrlə eşitmişik. Onların vurulmasına qarşıyıq, daha yaxşı olar ki, sığınacaqlara yerləşdirilsinlər", - deyə yerli sakinlərdən biri qeyd edib.
Məsələyə münasibət bildirən Biləsuvar Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi isə sahibsiz heyvanların toplanaraq sığınacaqlara yerləşdirilməsi istiqamətində tədbirlərin planlaşdırıldığını açıqlayıb.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 06 Aprel 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















