Icma.az
close
up
RU
Sakinlərdən Putinə müraciət: “Müharibəni bitir”

Sakinlərdən Putinə müraciət: “Müharibəni bitir”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kursk vilayətinin Olqovka kəndinin sakinləri Vladimir Putinə şikayət edərək, “çoxlu günahsız insanların ölümünə səbəb olan bu lənətlənmiş müharibəyə son qoymağa” çağırıblar.

“Cebheinfo.az” xəbər verir ki, müraciətdə deyilir:

“Üç aydır ki, cəhənnəmdəyik. Hara müraciət edək, xilası harda tapaq? Biz istəyirik ki, uşaqlarımız dinc səma görsünlər və raket təhlükəsi siqnalına qulaq asmasınlar. Vəziyyətə baxın və sərhəd sakinlərinə qulaq asın”,-deyə onlar Putinə videomüraciətdə deyiblər.
Onlar kəndlərinin döyüşlər zamanı dağıdıldığı üçün evsiz qaldıqlarından şikayətləniriblər. Onların fikrincə, hər kəs kirayə ev tuta bilmir və sahibkarlar işə götürülməkdən çəkinirlər.Onlar həmçinin bildiriblər ki, onların bəzi həmkəndliləri ölüb və ya itkin düşüblər, çünki evakuasiya vaxtında elan olunmayıb və hamının kənddən ayrılmağa vaxtı olmayıb.

 Müraciətdə deyilir: “Kimlərsə hər şeyin iki-üç günlük olduğunu düşündüyü üçün qaldı”.

Xatırladaq ki, noyabrın 10-da döyüşlərdən əziyyət çəkən Sudja sakinləri tərəfindən Kurskda icazəsiz mitinq keçirilib. Kursk vilayəti administrasiyasının nümayəndəsi Anatoli Droqan toplaşanları “qanunsuz hərəkətlərdə” ittiham edib və dağılışmağı xahiş edib.

 Mitinqdən sonra iştirakçılardan biri inzibati məsuliyyətə cəlb edilib və Kursk vilayətinin qubernatoru Aleksey Smirnov Sudjanski rayonunun rəhbəri Aleksandr Boqaçevi vəzifəsindən azad edib.

Bundan əvvəl başqa bir sərhəd bölgəsi olan Bolşesoldatski də mitinqə olub. Sakinlər yaşadıqları mənzillərin baha kirayə verilməsindən və mənzil sertifikatlarının olmamasından şikayətləniblər.

Smirnov noyabrın 11-də deyib ki, Kursk vilayətinin bərpasına çəkilən xərclər 700 milyard rublu keçə bilər. Müqayisə üçün bildirək ki, regionun 2024-cü il büdcəsi 88,7 milyard rubl xərc və 83,2 milyard gəlirlə təsdiq edilib ki, bu da 5,5 milyard kəsir deməkdir. 2025-ci ilin büdcə layihəsində səlahiyyətli orqanlar 79,2 milyard xərci daxil etdi, lakin noyabrın 7-də regional Dumanın spikeri Yuri Amerev federal hakimiyyət orqanlarından 24,9 milyard rubl məbləğində əlavə maliyyə yardımı göstərməyi xahiş edib.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri