Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, "Digah-Bilgəh" orta təzyiqli qaz kəmərində aşkar olunmuş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədilə 13.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
"Həmçinin Şəki rayonu ərazisində M.Ə.Rəsulzadə prospektində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədi ilə 13.12.2024-cü il saat 09:30-dan etibarən işlər başa çatanadək "Şəki" QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsinin, Ləhiş bağlarının və 2-ci Sovxoz ərazisinin, Şəki şəhərinin və rayonun İnçə, Qoxmuq, Oxud kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 12 Dekabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















