Icma.az
close
up
RU
Sakit okean bir nöqtədə Atlantikdən daha yüksəkdir: Bu necə mümkündür?

Sakit okean bir nöqtədə Atlantikdən daha yüksəkdir: Bu necə mümkündür?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Geniş yayılmış təsəvvürün əksinə olaraq, Sakit okean Atlantik okeanına nisbətən daha yüksək səviyyədə yerləşir. Bu fərq müxtəlif okean və atmosfer şəraitindən asılı olaraq dəyişə bilər, lakin NASA-nın məlumatına görə, Sakit okean adətən Atlantik okeanından təxminən 20 santimetr daha yüksək olur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience" yazır.

Məqalədə qeyd olunur ki, bunun əsas səbəbi Sakit okean sularının daha isti, daha az duzlu və daha az sıx olmasıdır. Bu amillər suyun həcminin dəyişməsinə təsir göstərə bilər. Okean axınları, üstünlük təşkil edən küləklər və qabarma-çəkilmə qüvvələri də suyu materik sahillərinə doğru itələyərək onun müəyyən bölgələrdə "toplanmasına" səbəb ola bilər. Bundan əlavə, materiklərin, adaların və hətta sualtı dağların cazibə qüvvəsi okean səthinə hiss olunmadan təsir göstərir.

Vurğulanır ki, əslində okean səthi heç də düz deyil. Temperatur, duzluluq, su dövranı və cazibə qüvvəsinin mürəkkəb birləşməsi nəticəsində dəniz səviyyəsi bəzi yerlərdə 3 metrədək dəyişə bilir.

Panama kanalının tikintisindəki çətinliklər

Maraqlıdır ki, dəniz səviyyəsindəki bu qeyri-bərabərlik Panama kanalının planlaşdırılması zamanı müzakirə olunan məsələlərdən biri olub, lakin sonda əhəmiyyətsiz problem hesab edilib. Əsas çətinliklər Panama boğazındakı mürəkkəb relyef, sıx cəngəlliklər və xəstəliklərlə dolu bataqlıqlar idi. Məhz bu ciddi coğrafi və ekoloji problemlər 1881–1889-cu illərdə fransızların kanal tikintisi cəhdinin uğursuzluqla nəticələnməsində mühüm rol oynayıb.

Məqalədə bildirilir ki, layihəyə Misirdə Süveyş kanalının uğurlu tikintisinin ideya müəllifi olan fransız diplomat Ferdinand de Lessps rəhbərlik edirdi. Onlar Panama kanalının da dəniz səviyyəsində, şlüzlərsiz inşa edilə biləcəyini düşünürdülər, lakin bu, ciddi səhv idi.

Süveyşin düz qumlu ərazilərindən fərqli olaraq, Panama qeyri-sabit və dağlıq relyefə malik idi. Buradan birbaşa su yolu açmaq mümkün deyildi. Mühəndislər böyük həcmdə torpaq qazmalı, mürəkkəb drenaj sistemləri qurmalı və nəticədə dağlıq ərazini bəndlər və şlüzlər vasitəsilə keçməyin yolunu tapmalı olublar.

ABŞ-da Elm və Texnologiya Universitetinin geoloji mühəndislik üzrə professoru C. Devid Rocersin sözlərinə görə, fransızlar layihənin miqyasını və mürəkkəbliyini lazımi səviyyədə dərk etməmişdilər: "Bu, sanki iki fərqli dünyanı birləşdirməyə cəhd idi".

Layihə sonda ləğv edilib, çünki işçilər sarı qızdırma və malyariya kimi tropik xəstəliklərin yayılması səbəbindən həyatlarını itirir, mühəndislik problemləri isə həll olunmaz görünürdü.

Sonrakı onilliklərdə ABŞ qlobal səhnədə daha fəal rol almağa başladı və bu marşrutun böyük potensialını görüb. 1904-cü ildə təşəbbüsü öz üzərinə götürən ABŞ Panama kanalının tikintisini bərpa edib.

Bu sistemin əsasında gəmiləri dəniz səviyyəsindən təxminən 26 metr yüksəklikdə yerləşən Qatun gölünə qaldıran mürəkkəb şlüzlər sistemi dayanır. Gəmilər ölkənin daxili hissəsindən keçdikdən sonra, cazibə qüvvəsi ilə axan şirin suyun köməyi ilə yenidən digər tərəfə endirilir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:638
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Yanvar 2026 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri