Icma.az
close
up
RU
Atlantikdən gələn mesaj: Trampın London səfəri...

Atlantikdən gələn mesaj: Trampın London səfəri...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Dünya nizamının yeni rəngləri - yeni atlasda Böyük Britaniya və ABŞ razılaşması

Dünya tarixində növbəti bir ilk yaşanıb - ABŞ Prezidenti Donald Tramp ikinci dəfə Böyük Britaniyaya dövlət səfəri edib. O, tarixdə krallığa ikinci dövlət səfərinə layiq görülən ilk ABŞ lideri olub. Tramp prezidentliyinin birinci dövründə - 2019-cu ildə Birləşmiş Krallığa ilk dövlət səfərini etmişdi. Britaniyanın Baş naziri Kir Starmer fevral ayında kral III Çarlzdan Donlad Trampa bir qeyd verərək onu bu ölkəyə ikinci rəsmi səfərə dəvət etmişdi. Baş nazir bu dəvəti “tarixi” adlandırıb.

İkinci dəfə prezident seçilən ABŞ prezidentləri ənənəvi olaraq Britaniyaya rəsmi dövlət səfəri dəvətnaməsi almırlar. Bunun yerinə, keçmiş prezidentlər Barak Obama və Corc Buş dövründə olduğu kimi, kralla (kraliça) çay süfrəsi və ya nahara dəvət olunurlar...

Səfərin proloqu: müzakirə predmetləri fərqli və rəngarəngdir...

Trampın bu səfəri siyasi gündəmdə böyük səs-küyə səbəb olmaqla yanaşı, siyasi  kluarlarda da fərqli təhlillərlə yadda qalıb. İlk olaraq, dəvətin səbəblərinin “gizli” olması və nəticələrinin də qənatəbəxş olub-olmaması mühüm müzakirələrə yol açıb. Buna keçməzdən öncə vurğulayaq ki, səfərin səbəbləri bir çox istiqamətlərdə - siyasi, iqtisadi və ticari nöqteyi-nəzərdən izah edilirdi. Düşünülür ki, qlobal konfrantasiyalar (Mərkəzi Avropa, Qəzza bölgəsi, Suriya, İran, hətta Tayvan və s.), iqtisadi qeyri-sabitlik (Aİ ölkələrinin iqtisadi böhran həddindən də önə çıxması, dövlət borclarının artması, kontingentdə qeyri-sağlam iqtisadi münasibətlərin yaranması, nəhayət belə bir məqamda Britaniyanın yenidən Aİ-yə qayıdışı ilə bağlı müzakirələr), yeni ticari nizam (Şərq kontingentinin iqtisadi cəhətdən inkişafı, yeni yol siyasəti - buraya Zəngəzur dəhlizi də aiddir, Qlobal Cənubun dünyanın ticari aortasına daha aktiv şəkildə qoşulması və s.)  kimi günümüzün vacib və müzakirəyə açıq məsələləri dünyanın aparıcı güc mərkəzlərindən sayılan iki dövlət arasında söhbət elementi ola bilərdi...

Səfərin gedişi: əlaqələr əvəzsizdir...

Qərbin bir çox siyasi analitikləri Amerika liderinin səfərdən son dərəcə məmnun qaldığını, ev sahibləri barədə isə bunu tam qətiyyətlə söyləməyin mümkün olmadığını iddia edirlər. Düzdür, indiki çətin vəziyyətdə Böyük Britaniyaya çoxmilyardlı investisiyalar və yüksək texnologiyalı müqavilə vədləri verildi - amma Britaniyanın ABŞ-a ixracına rüsumların azaldılması barədə müzakirə aparılmadı. İddia olunur ki, paralel olaraq Ağ Evi Rusiyaya təzyiqi artırmağa da inandıra bilməyiblər.

Keçirilən görüşlərdə həm Tramp, həm də Starmer ABŞ və Böyük Britaniya arasında xüsusi münasibətdən bəhs ediblər. Britaniyanın Baş naziri qeyd edib ki, münasibətlər bir-birinə hörmət edən liderlər kontekstində irəliləyir. “Dünyada daha təbii tərəfdaşlıq yoxdur... Ölkələrimiz arasındakı əlaqələr əvəzsizdir”, - deyən Tramp hər iki hökumətin bu əlaqələri hər zamankındən daha da yaxınlaşdırmağa xidmət göstərdiyini bildirib.

Səfər zamanı ABŞ-ın İngiltərəyə 150 milyard funt sterlinq sərmayə qoyduğu açıqlanıb. Bundan əlavə, hər iki lider süni intellekt, kvant hesablamaları, nüvə sintezi və nüvə enerjisi sahələrində əməkdaşlığı nəzərdə tutan texnoloji tərəqqi sazişi imzalayıblar. Qeyd edildiyi kimi, Londonun gözləntilərinə baxmayaraq, ABŞ-ın Britaniya mallarına tətbiq etdiyi tariflərin azaldılması ilə bağlı bir kəlmə də deyilmədi.

Səfər brifinqi: gələcəkdə sizə yaxşı xəbərlərimiz olacaq...

Rəsmi London bəyan edib ki, ABŞ və Böyük Britaniya müdafiə və təhlükəsizlik məsələlərində, eləcə də sülhə sadiqlikdə yekdil fikrə malikdirlər. Qəzza zolağı üçün hərtərəfli sülh planı üzərində birgə iş aparılır. Ukraynaya yardım məsələsində də işbirliyi qorunur. Starmerin sözlərinə görə, görüşdə o, Trampla müdafiənin daha da gücləndirilməsi, Ukraynaya dəstək və Rusiyaya təzyiqin artırılmasını müzakirə ediblər.

Lakin Tramp bunu təsdiqləməyib. Ukraynada müharibənin onun ABŞ prezidenti olduğu zamanda hər hansı bir gələcəyə və perspektivə malik olmadığını və yeddi müharibəyə son qoyduğunu təkrarlayan Ağ Ev rəhbəri bu sözlərlə kifayətlənib: “Ümid edirəm ki, gələcəkdə sizə yaxşı xəbərlərimiz olacaq”.

Moskvaya daha çox siyasi təzyiq göstərməyə hazır olduğunu bildirən Tramp “uğrunda mübarizə apardığımız xalqlar Rusiyadan neft alır” deməklə Aİ-yə də “mesaj” ünvanlayıb.

Tramp açıq şəkildə Fələstin dövlətinin tanınması məsələsində Starmerlə fikir ayrılıqları olduğunu bildirib. Qeyd edək ki, London BMT Baş Assambleyasının sentyabrın 23-də keçiriləcək sessiyasından əvvəl Fələstin dövlətini tanımağa söz vermişdi. Amma indi prosesin inkişaf trayektoriyasını müəyyənləşdirmək çətinləşib. Jurnalistlərə açıqlamalarında ABŞ Prezidenti ölkəsinin Əfqanıstandakı Bahram aviabazasını geri almağa çalışdığını deyib. “Bu, bir az sensasiya ola bilər”, - deyən Tramp niyyətini bazanın “Çinin nüvə silahlarını istehsal etdiyi yerdən bir saatlıq məsafədə olduğunu” söyləməklə izah edib.

Kralın çıxışı: incə, lakin aydın notlar...

Səfər çərçivəsində kral III Çarlz Vindzor qəsrindəki şam yeməyindən əvvəl etdiyi çıxışında iki ölkə arasında dərin əlaqələri vurğulayıb və prezident Trampın dünyanın ən mürəkkəb münaqişələrinin bəzilərinin həlli yollarını tapmaq mövzusunda şəxsi öhdəliyini yüksək qiymətləndirib. Siyasi analitiiklər bildirirlər ki, bu, Ukraynaya dəstək verilməsinin zəruriliyinin incə, lakin aydın nümayişi sayılır. Bununla belə, kral Ukrayna mövzusuna açıq kontekstdə toxunmayıb və çıxışını daha neytral məsələlər üzərindən qurub.

Cavab olaraq, Donald Tramp ABŞ və Böyük Britaniya arasındakı xüsusi münasibəti yüksək qiymətləndirərək, bunu “bir akkordda iki not” və ya “bir şeirin iki misrası” adlandırıb. Və Britaniyadan aldığı bu ikinci dəvəti həyatının “ən yüksək mükafatlarından” biri hesab etdiyini deyib. O hətta ABŞ prezidentlərinin Britaniyaya ikinci dəfə səfər etməsi presedentinin onunla da yekunlaşacağına ümid etdiyini deyib.

Səfərin epiloqu: Tramp siyasi nəbzi ölçdü...

Səfər dünyanın yenidən şəkilləndiyi bir vaxta təsadüf edir. Yeni nizamda oyun qaydaları dəyişməsə də ağırlıq mərkəzi dəyişməkdədir. Əgər ötən “Soyuq müharibə”də ABŞ ilə SSRİ dünyanı iki qütbə ayırmışdısa, bu gün Avropa İttifaqı “siyasi qarşıdurmada” üçüncü cəbhə rolunu oynamağa can atır (başqa güclər də prosesdə yer almaq üçün səy göstərir). Siyasi mütəxəssislər bildirirlər ki, Avropa ayrılıqda hansısa gücə və ya hərbi potensiala malik deyil -  Ukraynaya iqtisadi yardım Vaşinqtonun ayırdığı tranşlardan qaynaqlanır, hərbi dəstək isə ən yaxşı halda NATO-ya güvən müstəvisindədir. Bununla belə, Avropa ABŞ-ın Rusiyaya qarşı “planlardan” çıxmasını arzulamır. Sülh məsələsində nümayiş etdirdiyi “əzələ” isə quru reklamdan uzağa getmir - çünki ABŞ olmadan Avropa heç bir “əzələyə” malik deyil.

Amerikalı siyasətçilərin fikrincə isə, Trampın bu səfəri “siyasi nəbzin ölçülməsidir”. Hazırkı qlobal vəziyyətdə ABŞ ən yaxın müttəfiqinin Avropaya tərəf meyllənməsini istəmir. Londonun yenidən Aİ-yə qayıdışı perspektivi haqda gəzən “şayiələrin” həqiqətə çevrilməməsi üçün Vaşinqton bir çox güzəştlərə gedəcək:

-  İqtisadi reformalar (Londona istiqamətlənən), xüsusilə rüsum məsələsinə yenidən baxış;

- Yaxın və Orta Şərq məsələsində ortaq fikrə gəlinməsi;

- Çinə münasibətdə sırf iqtisadi-ticari xəttin tutulması (siyasi analitiklər Britaniyanın yeni dövrdə Pekinlə yaxın əlaqələr quracağına inanırlar);

- İranın nüvə potensialı məsələsində yeni planlar haqda məsləhətləşmələr - bəlli olduğu kimi, Britaniyanın da yer aldığı Avropa “üçlüyü” Tehrana sentyabrın 28-dək möhlət verib;

- Nəhayət, Ukrayna məsələsində “qızıl orta”nın tapılması.

Sonuncu 3 predmet münasibətlər sisteminin uzlaşmasında bəlkə də ən həlledici məqamlar sayılır. Tramp administrasiyası Bayden komandasından fərqli olaraq dünyanın yeni iqtisadi-ticari xəritəsini hazırlayır və bütün məsələləri də məhz bu “xəritə” üzərindən dəyərləndirirlər. Burada yer alan konturlar isə “güc savaşını” ikinci plana keçirməklə yanaşı, regional münaqişələrin həlli məsələsində əməkdaşlığı ön plana çıxarır - ən real misal Vaşinqtonun yeni adminstrasiyasının Ermənistan - Azərbaycan münasibətlərinin tənzimlənməsi və Zəngəzur dəhlizinin (TRİPP) açılması məsələsindəki mövqeyidir. Bu mənada, Trampın yeni dönəmdə Britaniya ilə daha çox yaxınlaşma siyasətinə üstünlük verəcəyi istisna edilmir. Bəlkə də, “oval kabinet” sahibinin dediyi kimi, bu səfər bir çox fərqli məsələlərin ilki kimi də tarixə düşəcək...

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Sentyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri