Icma.az
close
up
RU
Sakura ətirli məhəbbət romanı Yunis Orucov

Sakura ətirli məhəbbət romanı Yunis Orucov

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Yunis Orucovun "“Sev” – Sakura ətirli məhəbbət romanı" yazısını təqdim edir.

Yazıçı Natiq Məmmədlinin “Sev” romanının ilk dəfə işıq üzü görmüş jurnal versiyasını və birinci uğursuz çap tarixçəsinin doğurduğu məyusluğu yaxşı xatırlayıram. Amma bütün bunlardan əvvəl yaddaşım məni pandemiyadan əvvələ, romanın yazıldığı vaxtlara aparır. Dəqiq xatırlayıram ki, onda Natiq başqa ovqatda, tamam başqa havada idi. Biz tez-tez görüşürdük və mən onda onun yaradıcı eşqini, həyacanını, əsərə münasibətdə daxili məsuliyyətini hamıdan daha yaxşı və daha çox hiss edirdim. Onda Natiqin gözləri bəlkə də həmişəkindən çox yol çəkirdi, daha çox dalğın olurdu. O, növbəti dəfə ədəbiyyatın çətin sınağından, ağır yaradıcı prosesdən keçirdi və həmin məqamlarda ancaq susmaq işə yarayırdı. Onun bu əhvalını pozmağa ürəyim gəlmirdi. O vaxtdan xeyli vaxt keçib və “Sev” romanı öz oxucusuna çatmaq üçün nə az-nə çox, beş il yol gəlməli, bəlkə də gözləməli olub. Lakin, “TEAS Press” Nəşriyyat Evinin yüksək estetik zövq, cəlbedici tərtibat və yeni redaktədə yenicə nəşr etdiyi kitabı görəndə anladım ki, “Sev”in bu qədər gözləməyənə dəyərmiş.

Təqdimatda da qeyd olunduğu kimi, sakura ətirli bu məhəbbət romanı günahı yalnız bir-birini sevmək olan, iki fərqli dinə sitayiş edən gənclərin məhəbbətləri yolunda mübarizəsindən bəhs edir. Bu həm də əfsanəvi məhəbbət aşığı Sarı Aşığın kitabıdır. Aşığın bərpa olunan gerçək dastanı əsərin ruhuna hopub. Heç bir məhəbbət dastanına bənzəməyən Sarı Aşığın hekayəsi ilahi sevgini əks etdirir, bu baxımdan onun romanda peyda olması təsadüfi görünmür. Əsəri oxuduqca onun qəhrəmanları ilə birlikdə müxtəlif coğrafiyalara və zamanlara əfsanəvi səyahət başlayır. Müxtəlif surətlərin, xarakterlərin, ekzotik məkan təsvirlərinin yer aldığı bu səyahət həm dünya ilə, həm də müxtəlif insanlarla unudulmaz tanışlıq imkanı yaradır. Roman dünyanı bir mətnə sığışdırmağa cəhd göstərərək universum yaradır.

“Sev”in əsas personajları çoxqatlı, fərqli baxış bucaqlarını əks etdirən, insan təbiətinin müxtəlif tərəflərini işıqlandıran obrazlardır. Əsərin mərkəzində duran əsas qəhrəmanlar – Səid və Müjdə yalnız fərdi hekayələri ilə deyil, həm də müasir dünyanın sosial və mədəni problemlərini əks etdirən simvollardır.

Səid xarakter olaraq qloballaşan dünyanın sərhədləri daxilində insanın öz kimliyini qorumağa çalışmasının təcəssümüdür. Onun vətənindən uzaqda özünü tapmağa çalışması, eyni zamanda ailə və tayfa ənənələri ilə qarşıdurması obrazı həm müasir, həm də universal bir simvola çevirir. Bu, müasir dünya ədəbiyyatında “öz yerini tapmağa çalışan fərd” mövzusunun aktuallığını bir daha təsdiqləyir.
Müjdə isə sevginin təmiz və təmənnasız tərəfini təmsil edir. Onun sevgi dolu təbiəti, yalnız Səidlə münasibətlərində deyil, həm də onunla birgə üzləşdikləri çətinlikləri dəf etməkdə özünü göstərir. Müjdə obrazı eyni zamanda bir qadının qarşılaşdığı sosial və mədəni çətinlikləri işıqlandırır, qadın azadlığı mövzusunda mesaj verir.

İkinci plan obrazları... Səidin ailəsi, Müjdənin tanışları və onların dünyasındakı insanlar əsərin fonunu genişləndirir. Bu obrazlar həm mədəniyyətlərarası ziddiyyətləri, həm də bəşəri münasibətlərin çətinliklərini üzə çıxardır. Məsələn, amerikalı Baba Kruz kimi obrazlar təkcə köhnə dəyərlərin daşıyıcısı deyil, həm də dünyanın dəyişən sifətinin şahidləridir. Əsərdə kifayyət qədər mədəni, alicənab şəxslər kimi rəğbət qazanan Tomas əmi və Merio xala isə sanki qoca qitənin, Avropanın “səfirləri”dir. Bu kontesktdən diqqət yetirdikdə romanda heç bir detalın təsadüfü olmadığını yəqinləşdirmək mümkündür. Diqqətli oxucu, burada Rusiyanın, Ukraynanın, Türkiyənin və bütövlükdə Şərq dünyasının “elçiləri” olan insanları tanıya bilər. Onların mübarizələri, davranışları da öz coğrafiyalarının xarakterinə uyğun cərəyan edir, bunu müəyyənləşdirməyi diqqətli oxucunun öz öhdəsinə buraxaq.

Romanda sevgi və səyahət motivləri xüsusilə diqqət çəkir. Sakura ağacı yapon mədəniyyətindəki simvolizmin parlaq nümunəsi olaraq, yalnız təbiət gözəlliyini deyil, eyni zamanda həyatın ötəri və kövrəkliyini təcəssüm etdirir. Bu baxımdan, Müjdənin “Sakura çiçəyi” ilə müqayisəsi onun obrazına daha poetik və emosional çalar qatır.

Diqqətimdən yayınmayan bir faktı da qeyd edim ki, romanın yazı texnikası orijinallığı ilə seçilir. Kompazisiya elə qurulub ki, süjetin fabula ilə tam üst-üstə düşməməsi, oxucunu əsərin məğzinə tədricən daxil edir. Paralel zaman xətləri və retrospektiv təsvirlər romanın strukturunu zənginləşdirir. Bununla yanaşı, müəllifin təsvirlərdə poetik dilə üstünlük verməsi, oxucunun diqqətini yalnız hadisələrə deyil, həm də dərin fəlsəfi məna daşıyan detallara yönəldir. Dialoqların realizmi və obrazların danışıq tərzindəki təbii ifadə formaları, hadisələri daha canlı və oxunaqlı edir. Bununla belə, bəzi yerlərdə təsvirlərin və dialoqların uzunluğu, düşünürəm ki, hardasa tempi azalda bilər ki, bu da əsərin kəmhövsələ oxucular üçün bir qədər uzun və ya yorucu görünməsinə səbəb ola bilər.

Dünyanın müxtəlif coğrafiya və mədəniyyətlərinin təmsil olunduğu əsərdə şəxsi qənaətimə görə, Azərbaycanı və bütövlükdə Şərq müdrikliyini Sarı Aşıq təmsil edir. Romanda Sarı Aşıq obrazı və magik realizm xətti əsərin məzmununa dərinlik, mistik cazibə qatır. Sarı Aşıq həm qədim ənənələrin, həm də xalq hikmətinin təcəssümüdür. Onun hekayələri, davranışları və təmsil etdiyi dünyagörüşü, romanın real və mistik elementlərini birləşdirən körpü rolunu oynayır. Sarı Aşığın obrazı vasitəsilə oxucu yalnız sevginin insan həyatındakı yerini deyil, həm də mifoloji dəyərlərin müasir dövrdə necə yaşadığını öyrənir.
Natiqin birinci romanı “Körpüdə ümid”də olduğu kimi, burada da magik realizm xətti əsərin strukturuna və dilinə böyük təsir edir. Reallıq və fantaziyanın sərhədlərinin incə şəkildə qarışdırılması, oxucunu gündəlik həyatın təsvirindən gözlənilməz və fövqəltəbii hadisələrə aparır. Sarı Aşıq obrazı ilə əlaqəli səhnələrdə müəllif xalq ədəbiyyatı üslubunu qoruyaraq, həmin anlara sehrli əhval-ruhiyyə əlavə edir. Bu yanaşma əsərin əsas mövzusu olan sevginin gücünü daha qabarıq şəkildə vurğulayır, onu bəşəriyyətin mistik hekayələrinə bağlayır. Magik realizmin ifadəçisi olan Sarı Aşıq xətti, eyni zamanda, oxucuya sevginin yalnız insani deyil, həm də kosmik və əbədi bir təcrübə olduğunu xatırladır. Bu elementlər müasir Azərbaycan ədəbiyyatında daha az işlənən məqamları ön plana çəkir, əsəri qlobal magik realizm ənənələrinə yaxınlaşdırır.

“Sev”in mərkəzində duran sevgi, sosial bərabərsizlik, mədəniyyətlərarası dialoq və insan azadlığı mövzuları müasir dövrdə olduqca aktualdır. İnsanların öz seçimləri uğrunda mübarizəsi, fərqli dünyaların toqquşması, oxucunun həm fərdi, həm də kollektiv düşüncə tərzini dəyişdirməyə çağırır. Bu mövzular müasir ədəbiyyatda diqqət mərkəzindədir və “Sev” bu ənənəyə özünəməxsus töhfə verir. Ona görə də ürəklə, cəsarətlə deyirəm ki, “Sev” Azərbaycan ədəbiyyatında hadisədir. Çünki Səidlə Müjdənin real məhəbbət hekayətinə məhz Azərbaycan yazıçısı öz əsəri ilə abidə qoyub. Onların sevgisini həm milli, həm də bəşəri dəyərə çevirib. Bu, Azərbaycan ədəbiyyatının qələbəsidir, sözün qələbəsidir, bizim yazıçımızın qələbəsidir!

Azərbaycan Budapeştdə keçirilən Beynəlxalq Xalq Yaradıcılığı Festivalında Şahid - Vüqar Vanın yeni hekayəsi Keçmişi bu günə daşıyan zehni "zaman maşını" - Mahnılar niyə xatirələrimizi oyadır?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri