Icma.az
close
up
RU
Salahın “Qızıl top” almaq şansı qaldımı?

Salahın “Qızıl top” almaq şansı qaldımı?

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sirr deyil ki, Çempionlar Liqasında PSJ ilə oyunlara qədər Məhəmməd Salah “Qızıl top”a əsas namizəd sayılırdı.

Düzdü, burda “sayılırdı” ifadəsi şərti xarakter daşıyır. Mükafatın təqdimat mərasiminə hələ çox qalır. Ancaq heç kim jurnalistlərə bu haqda yazmağı qadağan etmir. Axı məhz jurnalistlər və ekspertlər “Liverpul”un misirli ulduzunu “Qızıl top”a əsas iddiaçı kimi göstərirlər.
Əlbəttə, Çempionlar Liqasında mübarizəni dayandırmaq Salahın şansına təsir göstərəcək, ancaq birbaşa yox. Sadəcə, “Liverpul” bu mövsüm ÇL-i qazana bilsəydi, yüzdədoxsan mükafat məhz Salaha təqdim olunacaqdı. PSJ-dən alınan məğlubiyyət durumu çətinləşdirdi, ancaq “Qızıl top”u misirliyə verməklə bağlı dəlillər hələ də çoxdu.
Bu dəlillərdən birincisi statistikadı. Bu mənada Salahın göstəriciləri nəinki qeyri-adi, hətta inanılmazdı. Premyer-liqada 27 qol və 17 məhsuldar ötürmə kosmik səviyyədə uğurdu. Salah artıq martda 44 xal toplayıb. Erlinq Holannın özü və “Siti” üçün zəfərlə bitən 2022/23 mövsümündə də göstəricisi belə idi. Buna qədər 40 xal həddinə premyer-liqa təzə yarananda Endi Koul ilə Alan Şirer çatmışdı. Onlar 30 il əvvəl 47 xal toplayıbdı, çox güman, Salah bu zirvəni də arxada qoyacaq.
Avropanın “böyük beşlik” ölkələrində bu rəqəmə yaxın düşən futbolçu yoxdu: nə Keyn, nə Levandovski, nə Retegi, nə də Dembele. “France Football” daim statistikaya diqqət yetirir, Salahın premyer-liqada xarüqələr yaratması misirlinin xeyrinə olan güclü dəlildi.
İkinci amil. Salahın adı artıq illərdi namizədlər sırasında çəkilir. Ona “Qızıl top”u təqdim etməklə bağlı ilk çağırışlar hələ uzaq 2018-də səslənib. Mo həmin vaxtdan bəri müntəzəm mükafata iddialıların şort-listinə düşüb, səsvermə zamanı həmişə təxminən 100 xal toplayıb. Yalnız son iki mövsümdə eniş yaşayıb. Salah əvvəlcə ilk “10-luğ”un sərhədinə qədər sürüşüb, ötən il, ümumiyyətlə, nominantlar siyahısına düşməyib. Ancaq son iki mövsüm “Liverpul”, ötən mövsüm həm də şəxsən Salah üçün ağır keçib. Misirli ulduz 2024-ün yanvarında zədələndi. Faciəvi nəsə baş vermədi, o, cəmi bir neçə həftə yaşıl meydandan kənarda qaldı, ancaq ağrı hissi mövsümün sonuna qədər tərk etmədi, ideal forma yığmaq mümkün olmadı.
İndi isə həm “Liverpul” qaydasındadı, həm də Salah, deməli, misirlinin fanatları da fəallaşıb. Bunlar isə yalnız “Liverpul” azarkeşləri deyil, Şimali Afrika, Yaxın Şərq coğrafiyasıdı. Bu amili də yadda saxlamaq lazımdı. Bu regiondan olan futbolçu bir dəfə də “Qızıl top” almayıb. “France Football” nəşrinin redaksiyası da bu amilə diqqət yetirəcək.
Nəhayət, daha bir məqam. Çempionlar Liqasında qələbə heç də həmişə səsvermədə uğura aparan açar olmayıb. Məsələn, Messi 4 dəfə ÇL-i qazanmadığı illərdə “Qızıl top”u əlinə götürüb. Parlaq oyun bu mükafata yiyələnmək üçün yetərlidi. Əvvəlki illəri də xatırlamaq olar. Ronaldinyo 2005-də, Nedved 2003-də, Ouen 2001-də “Qızıl top”u ÇL-in fövqündə qazanıb.
Rekordlar, möhtəşəm forma, fanatlar arasında müəyyən lobbi – bütün bu dəlillər Salahın xeyrinədi. Səsvermə zamanı belə məqamlar rol oynayacaq. Bəs başqa namizədlər də varmı?
“Real” yenidən Çempionlar Liqasını qazanarsa, “France Football”ın “Qızıl top”u Vinisiusa verməməsi çox çətin olacaq. Gəlin razılaşaq ki, madridlilərin növbəti zəfər şansı yetərincə yüksəkdi. Belədə braziliyalı ulduzun yeganə alternativi Kilian Mbappe ola bilər.
“Barselona” qitənin ən nüfuzlu klub turnirinin qalibi olarsa, yenə eyni vəziyyət yaranacaq. Bu halda da iki şəxsdən birini seçmək lazım gələcək. Təbii ki, Lamin Yamalın personası ön plana çıxacaq. Əlbəttə, belə ifadələrin müşayiəti ilə: “Lamin Yamal ən gənc qalib oldu”. Yeri gəlmişkən, bu artıq rekordların rekordu olardı. İndiyə qədər tineycerlərə “Qızıl top” verməyiblər. Hələ ki mükafatın tarixində ən gənc qalib Ronaldodu. Braziliyalı 21 yaşında qalib olub, Messinin 2009-da 22 yaşı var idi.
Ancaq Yamalın da çox güclü rəqibi var. Ya Robert Levandovski, ya da Rafinya. Çoxları “Qızıl top”un təşkilatçıları hələ də polşalıya bu mükafatın verilməməsinə görə bağışlaya bilmir. 2020-də mükafat heç kimə verilmədi, 2021-də Messi Levadan üstün tutuldu. Hələ mövsümü möhtəşəm keçirən Rafinya da var.
Biz yalnız “Real”la “Barselona”nın təmsilçilərini nəzərdən keçirdik. Bəs ÇL-i hansısa başqa komanda qazansa, necə olacaq? Hər komandada ən azı bir qəhrəman tapılacaq. Ancaq onlardan kimsə mövsümü yuxarıda adı çəkilən qəhrəmanlar kimi parlaq keçirirmi?
Bəlkə də “Qızıl top”la bağlı martda mülahizələr irəli sürmək tələslənlikdi. Ancaq Çempionlar Liqasını “Real”la “Barselona”dan biri qazanmasa, Salahın dünya futbolunun ən böyük fərdi mükafatını qazanmaq şansı yetərincə yüksək olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri