Icma.az
close
up
RU
SalamNews” və “İnteraz”ın məhkəməsindən YENİ XƏBƏR

SalamNews” və “İnteraz”ın məhkəməsindən YENİ XƏBƏR

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun məhkəməsində xaricdən gələn pul vəsaitləri ilə bağlı türkiyəli şahid ifadə verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmədovanın sədrliyi ilə Cinayət Məcəlsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilən şəxs Bağırov Mətləb Mirzəmməd oğlunun növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmənin gedişində Mətləb Bağırovun xarici ölkələrdən cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməsində kuryer qismində iştirak edən Türkiyə Respublikası vətəndaşı Kefsiz Hüseyin Abdulqani oğlu dindirilib.

O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək Mətləb Bağırovu şəxsən tanımasa da, xarici ölkədə fəaliyyət göstərən Nedim Kaya adlı tanışının xahişi ilə Mətləb Bağırova üçüncü ölkələrdən tanımadığı şəxslər tərəfindən göndərilən külli miqdarda pul vəsaitlərini 2022-2023-cü illər ərzində hissə-hissə olmaqla onun Bakı şəhərində olan nümayəndələri Fərid, Ramiq və adlarını xatırlamadığı digər şəxslərə şəxsən verdiyini, sonuncu dəfə 2023-cü ilin yanvar ayında xaricdən Mətləb Bağırov üçün göndərilən 50.000 ABŞ dolları məbləğində pul vəsaitini Nərimanov rayonu ərazisində sonuncunun nümayəndəsi Fərid adlı şəxsə hissə-hissə verdiyini bildirmişdir.

Dövlət ittihamçısının "əgər, həmin pul qanunsuz deyildisə, niyə Bakıda kiməsə çatdırmaq üçün sizə verirdilər, həmin adam özü çatdıra bilməzdimi?" sualına cavab olaraq şahid deyib ki, pulu xarici ölkədən göndərən şəxsi uzun müddətdir tanıyır və onun dostudur. Şahid qeyd edib ki, dostunun niyə pulu çatdırmaq üçün onu seçdiyini bilməyib.

Növbəti məhkəmə prosesi digər şahidlərin də dindirilməsi üçün dekabrın 2-nə təyin olunub.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov xaricdə dini təhsil alıb, İnterAz və SalamNews informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. Ona qarşı cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırma, yalançı sahibkarlıq, dini ekstremist materialları saxlama, qaçaqmalçılıq və digər maddələrlə ittiham verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri