Salmonella epidemiyası: 8 ölkədə yumurtalar satışdan yığışdırılır
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, bu barədə avqustun 25-də "Het Laatste Nieuws" (HLN) qəzeti məlumat yayıb.
Məlumata əsasən, xəstəlik ən azı 306 nəfərdə aşkar edilib. Bu yoluxma halı Belçikada aparılan müşahidələr tarixində ən irimiqyaslı salmonellyoz yayılması kimi qeydə alınıb.
Bu məlumatı Belçikanın Qida Zəncirinin Təhlükəsizliyi üzrə Federal Agentliyi (FAVV) də təsdiqləyib. Qurumdan həmçinin bildirilib ki, daha səkkiz Avropa ölkəsində - Niderland, Lüksemburq, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Çexiyada yumurtalar satışdan geri çağırılıb. Bununla belə, həmin dövlətlərin sakinləri arasında salmonella infeksiyasına yoluxma hallarının olub-olmadığı hələlik məlum deyil.
Yoxlamalara Flandriyanın Gel şəhərindən olan "Laerco BV" istehsalçısının məhsulları səbəb olub. Təxminən iki həftə əvvəl şirkət FAVV ilə birlikdə salmonella təhlükəsi ehtimalına görə sərbəst gəzən toyuqların yumurtalarını geri çağırıb.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 25 Avqust 2026 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















