Şalva Papuaşvili: Xarici ölkə səfirləri Gürcüstanın daxili işlərinə qarışmamalıdır
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası” çərçivəsindən kənara çıxmamalı və daxili işlərə qarışmamalıdırlar. Diplomatik missiya nümayəndələrinin dövlətin daxili işlərinə müdaxiləsi beynəlxalq hüququn pozulmasıdır.
AZƏRTAC xəbər verir ki, belə bəyanatla Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış edib. O, Fransa səfirinin son bəyanatlarına cavab olaraq bildirib ki, bu və digər ölkələrin diplomatları Gürcüstanda radikal qüvvələrə dəstək göstərirlər. “Təəssüf hissi ilə qeyd edim ki, diplomatik nümayəndəliklərdən bəziləri beynəlxalq hüquqla müəyyənləşdirilən məhdudiyyətləri nəzərə almır və Gürcüstanın daxili işlərinə qarışır. Onların qeyri-qanuni şərhləri, eləcə də Gürcüstan parlamentinə və ədliyyə sisteminə hücumları qəbuledilməzdir”, - deyə Papuaşvili vurğulayıb.
Papuaşvili xarici ölkələrin səfirliklərini martın 31-də Gürcüstan parlamentinin binasına pirotexniki vasitələrlə olunan hücumu pisləməyə dəvət edib. O xatırladıb ki, radikal müxalifətin hücumu beynəlxalq tərəfdaşlar tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının təşkil etdiyi tədbir zamanı baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 04 Aprel 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















