Şalva Papuaşvili: Gürcüstanın yeni prezidenti 5 il müddətinə seçiləcək AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Tbilisi, 25 noyabr, AZƏRTAC
Gürcüstan parlamenti noyabrın 26-da prezident seçkilərinin dəqiq vaxtını müəyyən edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, 11-ci çağırış parlamentin noyabrın 26-da keçiriləcək iclasında bir sıra vacib məsələlər, o cümlədən Gürcüstan prezidentinin seçkiləri ilə bağlı məsələyə də baxılacaq. Parlament prezident seçkilərinin dəqiq vaxtını təyin etdikdən sonra Mərkəzi Seçki Komissiyası müvafiq tədbirlərin görülməsinə başlayacaq.
“İndi yeni reallıqlar yaranıb. Biz bunları nəzərə almalıyıq. Yeni prezident 5 il müddətinə seçiləcək. Biz istəyirik ki, həm seçkilər, həm də yeni prezidentin andiçmə mərasimi 2024-cü ildə reallaşsın”, - deyə Şalva Papuaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 25 Noyabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















