Icma.az
close
up
RU
Salyan rayonunda “Su ehtiyatlarımızdan qanunauyğun istifadə edək!” devizi altında tədbir keçirilib

Salyan rayonunda “Su ehtiyatlarımızdan qanunauyğun istifadə edək!” devizi altında tədbir keçirilib

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

14 avqust 2025-ci il tarixində Salyan Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 4 saylı Şirvan-Salyan regional bölməsinin birgə təşkilatçılığı ilə “Su ehtiyatlarımızdan qanunauyğun istifadə edək!” devizi altında tədbir keçirilib. Tədbirin məqsədi su ehtiyatlarından səmərəli və qanunauyğun istifadə sahəsində nəzarətin gücləndirilməsi və maarifləndirmə işlərinin aparılması olub.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Təranə İsmayılova, 4 saylı Şirvan-Salyan regional bölmənin rəisi Ehtiram Muxtarov, yerli idarə və müəssisə rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər və sahibkarlar iştirak ediblər.

Təranə İsmayılova çıxışında su ehtiyatlarının qorunmasının və məqsədyönlü istifadəsinin vacibliyini vurğulayıb, iqlim dəyişiklikləri və artan su tələbatının yaratdığı çağırışların aradan qaldırılması üçün birgə əməkdaşlıq və maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.

Regional bölmənin rəisi Ehtiram Muxtarov isə bölmənin fəaliyyət istiqamətləri və vəzifələri barədə məlumat verərək, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2025-ci il tarixli, 403 nömrəli Fərmanı ilə su siyasətinin daha da qanunauyğun həyata keçirilməsi məqsədilə Agentliyə verilmiş yeni səlahiyyətlərdən bəhs edib. O, tətbiq olunan nəzarət mexanizmləri və gələcək planlar barədə ətraflı məlumat verərək, fermerləri və sahibkarları su resurslarından istifadədə qanunlara riayət etməyə və səmərəli idarəetməyə çağırıb.

Tədbir çərçivəsində su itkilərinin azaldılması, suvarma texnologiyalarının təkmilləşdirilməsi və qabaqcıl təcrübələrin tətbiqi mövzularında fikir mübadiləsi aparılıb. Sonda iştirakçılarla sual-cavab sessiyası və müzakirələr baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Avqust 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri