Salyanda böyürtkən yığan kişiyə ATƏŞ AÇILIB Gözündən və bədənindən xəsarət alıb
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Salyanda 63 yaşlı kişi güllə yarası alıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü kənd sakini İsgəndər Tağıyev kənd ərazisindəki sahədə böyürtkən yığırmış. Bu zaman naməlum istiqamətdən açılan güllənin qırmaları onun gözünə və bədəninin bir neçə nahiyəsinə dəyib.
O, kənd sakinlərinin köməyi ilə rayon xəstəxanasına çatdırılıb. Xəstəxanada dərhal yaralıya cərrahi müdaxilə olunub, həyati təhlükəsi yoxdur.
Qeyd edək ki, kənd sakinlərinin sözlərinə görə, İsgəndər Tağıyev heç kimlə mübahisəsi olmayan zəhmətkeş şəxsdir.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Salyanda böyürtkən yığan 62 yaşlı kişi güllələndi
12 Sentyabr 2025 22:08
Flora Kərimovanın adından saxta hesab AÇILIB FOTO
08 Noyabr 2024 21:49
Salyanda yol qəzası olub, beş nəfər xəsarət alıb
25 Oktyabr 2025 22:52
Şabranda davada xəsarət alan məktəbli gözündən ciddi xəsarət aldı, Bakıya göndərildi
10 Yanvar 2025 13:27
Salyanda yol qəzasında 6 nəfər xəsarət alıb, üçü azyaşlıdır
07 Oktyabr 2025 15:46
Baxış sayı:40
Bu xəbər 13 Sentyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















