Icma.az
close
up
RU
Salyanda Əbədi səslər, əbədi rənglər adlı sərginin açılışı olub

Salyanda Əbədi səslər, əbədi rənglər adlı sərginin açılışı olub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Salyan, 18 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Salyan Dövlət Rəsm Qalereyası və Salyan Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "Əbədi səslər, əbədi rənglər" adlı sərginin açılış mərasimi keçirilib. "Art Musiqi" layihəsi çərçivəsində təşkil olunan sərgi 18 Sentyabr - Milli Musiqi Günü və görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunub.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Salyan Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə ziyalılar, musiqiçilər, rəssamlar, elm, ədəbiyyat adamları, məktəblilər, həmçinin Salyan regional "ASAN xidmət" mərkəzinin könüllüləri iştirak ediblər. Natiqlər Azərbaycan musiqi sənətinin yaranma tarixindən, Üzeyir Hacıbəylinin dünya musiqisi tarixində tutduğu mövqedən, musiqi mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Üzeyir Hacıbəylinin anadan olduğu günün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunması respublikamızın mədəni həyatında mühüm hadisədir.

Çıxışlardan sonra iki hissədən ibarət sərginin açılış mərasimi baş tutub. İlk olaraq Salyan Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən açılan Salyanın görkəmli incəsənət ustalarının şəxsi əşyalarından ibarət sərgi ilə tanışlıq olub. Sərgidə Xalq artisti, bəstəkar Arif Məlikovun, Əməkdar incəsənət xadimi Aşıq Pənah Pənahovun, Əməkdar artist Həsənağa Sadıqovun şəxsi əşyaları, eləcə də Salyan rayon Mədəniyyət Mərkəzinin dünyaca məşhur "Cəngi" Folklor Milli Nəfəsli Xalq Ansamblına aid olan eksponatlar və Azərbaycan Milli Konservatoriyasının "Milli alətlərin bərpası və təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədovun bərpa etdiyi qədim musiqi alətləri nümayiş olunub.

Sərginin ikinci hissəsi Salyan Dövlət Rəsm Qalereyası tərəfindən təqdim edilib. Yeniyetmə rəssamların "Üzeyir Hacıbəyli", "Asəf Zeynallı", "Cazmen Pərviz Rüstəmbəyov", "Aşıq Pənah", "Qulu Əsgərov", "Emin Sabitoğlu", "Həsənağa Sadıqov", "Arif Məlikov", "Muğam kompozisiyası", "O olmasın, bu olsun" və digər rəsmləri ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Sərgi boyu rəssamlar canlı olaraq "Arşın mal alan" və "Leyli və Məcnun" əsərlərinə rəsmlər işləyiblər. Sərgidə, həmçinin pianoçu İlkin Məcidov Azərbaycan klassik və estrada bəstəkarlarının əsərlərindən parçalar ifa edib.

Sərgi sentyabrın 22-dək ziyarətçilər üçün açıq olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri