Icma.az
close
up
RU
Salyanda vətəndaşların torpaqları əllərindən alınır İŞİN İÇİNDƏ İCRA BAŞÇISI DA VAR? VİDEO

Salyanda vətəndaşların torpaqları əllərindən alınır İŞİN İÇİNDƏ İCRA BAŞÇISI DA VAR? VİDEO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan dövləti uzun illərdir müxtəlif məmurların bürokratik əngəllərinin qarşısını almaq məqsədilə müxtəlif layihələr həyata keçirir. Məhz bu əngəllərin aradan qaldırılması məqsədilə “ASAN Xidmət” mərkəzləri yaradılıb. Bu mərkəzlər həm də korrupsiyanın qarşısını almaq məsələsində üstün xidmətlər göstərir.

Məmur özbaşınalıqlarının qarşısının alınması istiqamətində görülən işlərin fonunda hələ də ölkəmizin bəzi regionlarında vətəndaşların yerli icra orqanlarından narazılığı, həmin qurumlar tərəfindən əhaliyə xidmət göstərilməsi əvəzinə maneələrin yaradılması halları davam edir. Belə bölgələrdən biri də Salyan rayonudur.

Avtosfer.az xəbər verir ki, son aylarda Salyan rayonunda baş verən məmur özbaşınalıqları, əhaliyə qarşı saymazyana münasibət vətəndaşları sosial şəbəkələrə, eləcə də mətbuata üz tutmağa məcbur edib.

Belə ki, Salyan rayonu Sarvan kənd sakinləri, xüsusən fermerlər 5 ay əvvəl rayona təyin edilən icra başçısı Rüstəm Xəlilovdan narazı olduqlarını bildiriblər. Sosial şəbəkələrdə fermerlər onlara icarə müqaviləsi əsasında verilən torpaqların icra başçısının əmri ilə əllərindən alındığını bildiriblər.

Sarvan kənd sakini Sulduz Həsənovun təqdim etdiyi sənədlərdə müəyyən olunur ki, 1998-ci ildə ilk dəfə icarəsinə verilən torpaqlarla bağlı 15 il sonra, yəni 2013-cü ildə yenidən müqavilə bağlamaq imkanı əldə edib. Sulduz Həsənov qoyunçuluğun inkişafı məqsədilə 53 hektar torpaq sahəsini kirayələməyə nail olub və uzun illər Salyanda minlərlə baş heyvan saxlamaqla ölkədə bu sahənin inkişafına dəstək verib. İcarəsində olan torpaq sahəsində 25 nəfərə yaxın kənd sakini isə həm əkinçi, həm də maldar olaraq işləyir və bu vasitə ilə ailələrini dolandıra bilirlər.

Sulduz Həsənovdan başqa kənd ərazisində başqa 28 fermer də Sarvan kəndində eyni problemlə üzləşib. Onların da torpaqlarına “göz dikilib”. 2024-cü ilin sentyabr ayında rayona icra başçısı vəzifəsinə gələn Rüstəm Xəlilov əlindəki “rçaklar”dan istifadə edərək vətəndaşların torpaq sahələrini əllərindən almağa çalışıb. 2028-ci ilədək icarə müqaviləsi olan vətəndaşlar indidən qurumun onları sıxışdırdığını bildirib.

Belə ki, fermerlər onlara aid torpaqların sənədləri ilə bağlı arxiv idarəsinə müraciət etdikləri zaman idarədən onlara “icra başçısı sizə sənəd verməyə icazə vermir” deyərək geri çevirir. Vətəndaşlar icra başçısı ilə görüş təşkil edilməsi ilə bağlı müraciət etdikdə isə başçının cavabı “torpaqların sənədlərini gətirib verin, ondan sonra görüşək” olub. Vətəndaşlar artıq 3 aya yaxındır davam edən problemlərə görə rayonda heç bir qurumun onların şikayətinə baxmadığını, icra başçısının bu mövzuda xeyli maneələr yaratdığını bildirirlər. Fermerlər onların icarəsindən qaytarılacaq torpaqlar “Salyan Agro” şirkətinə veriləcəyini iddia edir.

Rüstəm Xəlilov vətəndaşların icarəsinə verilən torpaq sahələrini ələ keçirmək üçün rayondakı digər qurumları da vəzifəsindən sui-istifadə edərək təsiri altına alıb. Hətta kəndin poçt şöbəsi belə fermerlərə qurumlardan gələn məktubları onlara qanunla çatmalı olan müddətdən daha gec çatdırır. Üstəlik, vətəndaşların qurumlara göndərdikləri məktubu da aidiyyəti üzrə çatdırmaqdan boyun qaçırırlar.

Salyan Rayon İcra Hakimiyyətinin torpaq şöbəsinin müdiri Çingiz Babayev, rayonun baş memarı teyyub Hüseynov, başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Təranə İsmayılova, icra hakimiyyətinin Sarvan kənd üzrə nümayəndəsi Təbriz İsmayılov və başqaları Rüstəm Xəlilovun əməllərinə ortaq olaraq sakinlərə təzyiq göstərməyə çalışır.

Ölkə başçısına da məktub ünvanlayan fermer Sulduz Həsənov onlara təzyiqlərin dayandırılmasını və icarə müddəti bitmədən torpaqların onların adından çıxarılmasına mane olunmasını xahiş edir. Əksi baş verərsə, yaxın müddətdə Sarvan kəndində kütləvi işsizlik böyük çətinliklər yarada bilər. Hazırda Sulduz Həsənovun torpağına bitişik digər 29 fermerin ərazilərində xeylis ayda insan işləyir.

Qeyd edək ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov 2005-ci ildə Milli Məclisin deputatı seçilib.  Onun haqqında, həmçinin "Muğan-KİTT Şirkəti” MMC şirkəti ilə əlaqələri olduğu və müxtəlif bölgələrdə tenderlərdə qalib gəlməsi ilə bağlı xəbərlər mövcuddur.

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Yanvar 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri