Şamaxı Astrofizika Rəsədxanası: Bu gün ilin ilk Super Ayı görünəcək
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Noyabrın 24-də Bakı vaxtı ilə 18:54-də Ay Yerə ən yaxın mövqedə olacaq və ilin ilk Super Ayı görünəcək.
Bu barədə Moderator.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Məlumata görə ay Bakı vaxtı ilə saat 18:54-də tam Ay fazasına çatacaq, yəni Ay diskinin işıqlanması 100% olacaq.
"Bu gün Ay saat 16:44-də şimal-şərqdən doğacaq. Hava şəraiti uyğun olarsa, Super Ayı bütün gecə boyunca izləmək mümkün olacaq.
Ay Yer ətrafında təxminən 27 günə bir dövr edir. Onun orbiti elliptik olduğundan Yerlə Ay arasındakı məsafə dəyişir. Ay orbitinin Yerə ən yaxın nöqtəsi perigey, ən uzaq nöqtəsi isə apogey adlanır. Tam Ay fazası perigeyə yaxın vaxta təsadüf etdikdə Super Ay, apogeyə yaxın vaxta təsadüf etdikdə isə Mikro Ay müşahidə olunur. Ay apogeydə olduqda Yerdən təxminən 405500 km, perigeydə olduqda isə 363000 km məsafədə olur. Super ay zamanı Ay 30% parlaq və 14% böyük görünür. Ayın görünən ölçüsündəki fərq onun Yerə yaxınlaşması ilə bağlıdır, heç bir fiziki dəyişiklik baş vermir. Ay doğarkən üfüqdə daha iri görünür, əlavə olaraq Ayın binalar, ağaclar və digər yerüstü obyektlər fonunda görüntüsü optik illüziyanı daha da gücləndirir", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ilin ikinci və sonuncu Super Ayı isə 24 dekabr saat 05:28-də görünəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 25 Noyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















