Icma.az
close
up
RU
“Şamaxı” autsayderlərin ən güclüsüdü!

“Şamaxı” autsayderlərin ən güclüsüdü!

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Şamaxı – İmişli 1:0 (0:0)
1. Rikardo Fernandes – 5,5
82. Rüfət Abbasov – 5,5
44. David Santos – 5,5
3. Vladislav Veremeyev – 5,5
4. Sezar Enrike – 5,5
17. Rafael Məhərrəmli (k) – 6,0
(6. Antonio Lara, 90+1) – qiymətsiz
97. Oruc Məmmədov – 5,5
(5. Arsen Ağcabəyov, 86) – qiymətsiz
7. Edqar Adilxanov – 5,0
(80. Həbib İsmayılov, 68) – 5,0
13. Rikardo Apolinario – 5,5
11. Dioqo Balau – 5,5
9. Karim Rossi – 6,5
Ehtiyat oyunçular
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
21. Bilal İsmayılov
27. Emil Süleymanov
77. Nihat Mehralıyev
14. Ravil Qafarov
24. Sənan Muradlı
90. Davud Mənsumov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Karim Rossi
33. Andrey Sinenka – 5,5
19. Azər Salahlı (k) – 5,0
29. Edvin Banquera – 5,0
14. Ronaldo Rodriges – 5,0
23. Dioqo Rollo – 5,0
(22. İbrahim Əliyev, 86) – qiymətsiz
94. Rafael Vieqaş – 5,5
(44. Həzrət İsayev, 86) – qiymətsiz
17. Ezekyel Morqan – 6,0
7. Juninyo – 5,5
5. İdris İnqilablı – 5,0
(77. Elmir Rəhimzadə, 56) – 5,0
21. Abbas Ağazadə - 5,0
9. Dioqo Almeyda – 5,5
Ehtiyat oyunçular
1. Hüseynəli Quliyev
97. Xəzər Mahmudov
27. Lətif Rzayev
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
10. Nikola Karaklaiç
Baş məşqçi: Jorj Kaşkilya
Komandanın ən yaxşısı: Ezekyel Morqan
Qol: K.Rossi, 79 (R.Məhərrəmli).
Vərəqələr: E.Banquera, 15 (qeyri-idman hərəkəti). D.Balau, 21 (qeyri-idman hərəkəti). K.Rossi, 28 (qeyri-idman hərəkəti). E.Morqan, 33 (qeyri-idman hərəkəti). A.Ağazadə, 77 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAUF CABBAROV, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli (hamısı Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
7 noyabr. Şamaxı. Şəhər stadionu. 500 tamaşaçı (2200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Premyer-liqada qalmaq uğrunda mübarizə aparan komandaların dueli gözlənilən qədər rəngarəng keçmədi. Halbuki həm “Şamaxı”, həm də “İmişli” indiyə qədər sərgilədiyi oyunla əzmkarlığını sübut etmiş, bir-biriylə kəllə-kəlləyə gələcəkləri təqdirdə yalnız qələbə üçün döyüşəcəkləri ilə bağlı mesaj ötürmüşdü...

Oyuna “Şamaxı” daha istəkli başladı. Meydan sahibləri hələ 1-ci dəqiqədə Rossinin cərimə meydançası həndəvərindən endirdiyi ardıcıl zərbələr sayəsində hesabı aça bilərdi. Ancaq qonaqların dərhal bu mövqedə sıxlaşması isveçrəlinin hər iki cəhddə uğursuz olmasıyla nəticələndi. “İmişli”nin cavab atəşi 8-ci dəqiqəyə təsadüf etdi. Almeyda Morqanın ötürməsi sayəsində təxminən 20 metr məsafədən fərqlənməyə yaxın olsa da, qeyri-dəqiq oynadı. Bundan sonra komandaların bir müddət mərkəzdə davam edən mübarizəsini izlədik.
“Pələnglər” vaxt ötdükcə üstünlüyü ələ alır, rəqib qapısı önündə qol vəziyyətləri yaradırdı. Aran təmsilçisi belə epizodların birində növbəti dəfə qol fürsətini əldən verdi: 17-ci dəqiqədə İdris həlledici zərbə vurmağa nail olsa da, Edqarın toxunuşu təhlükəni sovuşdurdu. Birinci hissənin qalan vaxtı böyük ölçüdə sakit məcrada keçdi. Bu baxımdan yalnız Rossinin 38-ci dəqiqədə dəyərləndirə bilmədiyi şansı qeyd etmək olar ki, isveçrəli həmin epizodda Sinenka ilə bacarmadı. Karim bununla təkbaşına uzun məsafə qət etməklə topu ona çatdıran Apolinarionun əziyyətini yerə vurdu desək, yanılmarıq. Belədə gözlər ikinci hissəyə dikildi.
Söhbət daha baxımlı keçəcəyinə ümid etdiyimiz yarıdan gedir ki, bu dəfə də komandalar azarkeşləri “ac qoydu”. Daha doğrusu, 60-cı dəqiqədə Morqanın təxminən 30 metrdən bəxtini sınaması topun tirin üstündən ötməsiylə nəticələndi. Bir qədər sonra Almeyda Vieqaşın qapı önünə göndərdiyi topa yiyələnə bilmədi. Buna Veremeyevin rəqibinin önünə keçməsi səbəb oldu. Bundan sona “Şamaxı”nın üstünlüyü ələ almaq cəhdlərinə şahidlik etdik. Bu ərəfədə yenicə meydana çıxan Həbib Sinenkayla təkbətək mübarizədən məğlub ayrıldısa, Enrikenin başla zərbəsi qeyri-dəqiq oldu.
Nəhayət, 78-ci dəqiqədə Şamaxı şəhər stadionundan qol səsi eşidildi: Rossi Rafaelin cərimə meydançasına göndərdiyi topu başla tora qovuşdurdu. Ardınca “şirlər”in fərqi artırmaq üçün daha bir hücumu oldu. Burda Balaunun zərbəsi qapıdan yan keçdi.
Odu ki, matç “Şamaxı”nın minimalhesablı qələbəsiylə başa çatdı. Ayxan Abbasovun komandası bu qələbə sayəsində premyer-liqada qalmaq uğrunda döyüşənlərin liderinə çevrildi. “İmişli” isə ardıcıl ikinci matçda uduzdu. Kaşkilya komandasının “qara zolağ”a düşməsindən ehtiyatlanmağa başlasa, yaxşıdı.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Noyabr 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri