Icma.az
close
up
RU
Şamaxı İsmayıllı zonası seysmik baxımdan aktivləşib AÇIQLAMA

Şamaxı İsmayıllı zonası seysmik baxımdan aktivləşib AÇIQLAMA

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ötən həftə İsmayıllı stansiyasından 21 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Xatırladaq ki, ard-arda bir gündə 2 dəfə zəlzələ faktı müşahidə olunub.

Modern.az daha ciddi təkanların baş verib-verməyəcəyinə dair proqnoz əldə etmək üçün Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayevlə əlaqə saxlayıb.

O saytımıza açıqlamasında bildirib ki, İsmayıllı rayonunda baş vermiş zəlzələdən sonra bölgədə bir neçə təkan da müşahidə edilib:

“İsmayıllı və Şamaxı əraziləri Azərbaycanın seysmik cəhətdən ən aktiv zonalarından biri hesab olunur. Bu geniş sahə təkcə seysmik deyil, həm də tektonik aktiv zona kimi səciyyələnir.

Tarixə nəzər salsaq, Şamaxı-İsmayıllı bölgəsində 1667-ci ildə baş vermiş məşhur Şamaxı zəlzələsi və 1902-ci ildəki dağıdıcı təkanlar həmin ərazinin seysmik tarixində mühüm yer tutur. Sonrakı illərdə Basqal və ətraf kəndlərdə də oxşar zəlzələlər qeydə alınıb. Müasir dövrdə, xüsusilə 2019-cu ildə bu bölgədə müəyyən dərəcədə dağıdıcı təkanlar müşahidə olunmuşdu”.

Seysmoloqun sözlərinə görə, hadisə zamanı Ağsu, Şamaxı və İsmayıllı şəhərlərində də zəlzələnin təsiri hiss edilib:

“Bu ərazi ümumilikdə Azərbaycanın ən aktiv seysmik zonalarından biri sayılır. Mən hər zaman müsahibələrimdə qeyd etmişəm ki, Qazax, Şəki, Oğuz və Qəbələ zonaları da seysmik baxımdan aktiv bölgələr sırasındadır.

“Ciddi təkanlar gözlənilirmi?” sualına gəlincə, bu mərhələdə güclü və dağıdıcı zəlzələ ehtimalı istisnadır. Lakin bölgədə baş verən proseslərə diqqətlə yanaşmaq vacibdir. Diqqətçəkən məqamlardan biri odur ki, son zəlzələ səthə yaxın baş verib və 3 maqnitudadan bir qədər güclü olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, bu, səthə yaxın təkan kimi qeydə alınıb”,-deyə o əlavə edib.

O, həmçinin qeyd edib ki, bu, o demək deyil ki, bölgə artıq sakitləşib:

“Azərbaycanın bütün seysmik regionlarında müəyyən aktivlik müşahidə olunur. Sadəcə, digər ərazilərlə müqayisədə bu zonada yer dəyişmə proseslərinin sürəti o qədər intensiv deyil, amma aktivlik davam edir və gələcəkdə də davam edəcək”.

Q.Babayev, eyni zamanda vurğulayıb ki, Şamaxı-İsmayıllı ərazisi müəyyən qədər aktivləşib:

“Zəlzələləri dəqiq proqnozlaşdırmaq mümkün olmasa da, demək olar ki, bu zona son hadisələrlə bir qədər seysmik baxımdan aktivləşdi. Ehtimal etmək olar ki, Şamaxı, Basqal və ətraf kəndlərdə də yeni, hiss olunan təkanlar qeydə alına bilər”,- deyə Q.Babayev bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri