Icma.az
close
up
RU
Şamaxı İsmayıllı zonasında zəlzələlər gözlənilir

Şamaxı İsmayıllı zonasında zəlzələlər gözlənilir

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son iki gündə Xəzər dənizində 5 zəlzələ faktı qeydə alınıb. Belə ki, yeraltı təkanlar Xəzər dənizində əsasən, cənub bölgəmiz olan Lənkəran, Astara bölgələrində baş verib. Bu kontekstdə yeraltı təkanların baş verməsinin səbəbi və əlavə təkanların gözlənilib-gözlənilməyəcəyi ətrafında suallar yaranır.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib ki, son iki gündə Xəzər dənizi ərazisində ardıcıl zəlzələlərin qeydə alınması müəyyən narahatlıq yaratsa da, bu proses əsasən təbii geoloji faktorlarla izah olunur.

"Bir qədər təhlükəli görünsə də, ümumilikdə, Xəzər dənizi mürəkkəb seysmik aktiv zona hesab olunur və Azərbaycan da tektonik baxımdan fəal bölgədə yerləşir. Bu səbəbdən kiçik və orta maqnitudalı, əksər hallarda hiss olunmayan zəlzələlərin baş verməsi normal sayılır.

Son günlər baş verən təkanlar 30-60 km dərinliklərdə müşahidə olunur. Yəni bunlar yerin dərin qatlarında baş verməklə, həmin qatlarda tektonik gərginlik toplanır və bu gərginlik sistemli şəkildə, tədricən boşalır. Bu da bir neçə kiçik və ya orta maqnitudalı zəlzələ şəklində özünü göstərir. Xəzər dənizinin dərinliklərdə mövcud olan tektonik qırılmalar və geoloji pozuntular zəngindir. Onlar bir-birinə yaxın qovşaqlarda yerləşir. Həmin qırılmalar daha aktiv hərəkətə keçəndə, nəticədə ərazi seysmik baxımdan fəallaşır və zəlzələlər baş verir".

Q.Babayev həmçinin vurğulayıb ki, burada müşahidə etdiyimiz proses silsilə formasındadır, yəni seriya şəklində baş verir:

"Biz bunu seysmik sürü (earthquake swarm) adlandırırıq. Yəni bu, böyük zəlzələdən sonra yaranan afterşoklar deyil, əksinə, eyni zonada bir neçə zəif və orta güclü təkanın ardıcıl baş verməsidir. Hazırda Xəzər dənizində də məhz bunu müşahidə edirik.

Bu təhlükəli görünə bilər. Amma Azərbaycanda dağıdıcı, güclü, katastrofik zəlzələnin baş verməsi ehtimalı çox aşağı səviyyədədir. Mikro zəlzələlər adlanan kiçik zəlzələlər baş verir. Hiss olunan zəlzələlər isə ümumiyyətlə qaçılmazdır. Dağıdıcı zəlzələ ehtimalı də öz növbəsində aşağı qiymətləndirilir. Bir seysmik ocaq, bir qırılma aktivləşib intensivləşəndə zəlzələ baş verir. Təbii ki, bu zaman qonşu qırılmalar da hərəkətə gəlir və beləliklə, silsilə şəklində aktivlik yaranır".

Mütəxəssis onu da əlavə edib ki, qonşu ocaqlarda da aktivləşmə ehtimalı var:

"Nümunə olaraq, əgər Xəzər dənizindəki aktivlik Lənkəran-Talış zonasına yaxındırsa, Talış seysmik zonasının da silkələnməsi, titrəməyişi ehtimalı var. Çünki həmin zonada da zəngin qırılmalar və seysmik ocaqlar mövcuddur. Şimala doğru getsək, Quba-Xaçmaz, Siyəzən, Şabran da seysmik ocaqlarla zəngin ərazilərdir. Yaxın ocaq silkələnirsə, qonşu ocaqlar da bundan təsirlənə bilər".

Q.Babayev diqqətə çatıdırıb ki, ümumilikdə, panikaya əsas yoxdur:

"Dağıdıcı, katastrofik zəlzələlər ümumiyyətlə gözlənilmir. Amma hiss olunan zəlzələlər Azərbaycan üçün qaçılmazdır. Regionun seysmik mənzərəsi göstərir ki, bu il də ilk 6 ay ərzində hiss olunan zəlzələlər Azərbaycanda qaçılmazdır. Qonşu ocaqların da silkələnməsi ehtimalı var. Məsələn, Şamaxı-İsmayıllı zonası da silkələnə bilər. Buna səbəb isə, Xəzər dənizinin hazırda aktivləşməsi və bir-biri ilə əlaqədə olan ocaqların fəallaşmasıdır", - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Aprel 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri