Şamaxıda baş verən zəlzələdən sonra 600 ə yaxın afterşok olub Qurban Yetirmişli
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli deyib.
“Fevralın 27-si 4,7 maqnitudalı zəlzələ baş verəndə ocaqda gərginliyin çox olması bizi narahat edirdi. Lakin bir neçə gündür qırılma boyu xırda təkanlar davam edir. Bu, əslində çox yaxşı haldır. Ocaqda gedən gərginliyin boşalmasına kömək edir. Enerji boşalması güclü, dağıdıcı zəlzələ olması ehtimalını aradan qaldırır. Həmin zəlzələdən sonra qeydə alınan təkanlardan bir neçəsi hiss edildi. Xırda təkanlar gərginlik boşalması seysmik fon səviyyəsinə enənənə qədər davam edəcək. Əhalini narahat olmamağa səsləyirəm”, - deyə Q.Yetirmişli bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Mart 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















