Icma.az
close
up
RU
Qurban Yetirmişli: Zəlzələdən dərhal sonra hesablamalara başlayırıq

Qurban Yetirmişli: Zəlzələdən dərhal sonra hesablamalara başlayırıq

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 aprel, AZƏRTAC

Hər dəfə zəlzələ baş verdikdən dərhal sonra hesablamalara başlayırıq. Nə baş verdiyini, hansı istiqamətdə enerjinin boşaldığını, hansı qırılmanın aktiv olması ilə bağlı detalları analiz edirik. Daha sonra təkrar təkanların gücü, ehtimal olunan davametmə prosesi qiymətləndirilir. Bu hesablamalar əsasında da əhalini məlumatlandırırıq. Bildiririk ki, hər hansı təşvişə ehtiyac yoxdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli səsləndirib.

Onun sözlərinə görə, hazırda Yaponiyadan olan mütəxəssislərlə birlikdə dövlət sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Bakı və Abşeron yarımadasının seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanması və təhlükələrin idarəedilməsi istiqamətində işlər aparılır: “Kanada və Amerika Birləşmiş Ştatları (ABŞ) institutlarından olan mütəxəssislərlə birgə bütün zəlzələ kataloqları yenidən emal edilərək, seysmik təhlükə xəritəsi hazırlanıb. Bu yeni kataloqlar əsasında seysmik təhlükə xəritələri də yenilənib. Burada 2, 5 və ya 50 və 10 faiz ehtimalla təhlükəli zonaların müəyyən edilməsinin üzərində işləmişik. O xəritələr də var. Bir-birinə heç nə mane olmur”.

Qurban Yetirmişli xatırladıb ki, ABŞ və Kanada seysmoloji tədqiqatların aparıldığı aparıcı ölkələrdir: “Ən müasir avadanlıqlar və ən güclü proqramlar onlardadır. Ötən il biz bu proqramların yeni versiyasını almışıq. Əvvəllər hesablamalar daha sadə üsullarla aparılırdı və müəyyən hallarda 25-50 kilometr miqyasında ümumi qiymətləndirmələrlə kifayətlənirdilər. Lakin bu gün müasir proqram təminatları və dəqiq ölçmə vasitələri sayəsində aparılan tədqiqatlarda demək olar ki, səhvə yol verilmir”,- deyə o qeyd edib.

Müxbir - Nailə Həsənova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri