Icma.az
close
up
RU
Şamaxıda üzüm yığımının kütləvi mərhələsi başlayıb FOTO

Şamaxıda üzüm yığımının kütləvi mərhələsi başlayıb FOTO

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şamaxı, 27 avqust, AZƏRTAC

Şamaxıda üzüm bağlarında səhər tezdən hərəkətlilik başlayır. Günün isti saatlarına qalmamaq üçün işçilər səhər erkən saatlarda bağlara daxil olur, yetişmiş salxımları toplayırlar. Bu günlərdə rayonda texniki üzüm sortlarının kütləvi yığımına başlanılıb. Toplanan məhsul bağlardan yeşiklərə, oradan isə emal müəssisələrinə və satış məntəqələrinə göndərilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda, ümumilikdə 1942 hektar üzüm bağı var. Bunun 1858 hektarı məhsuldardır. Şamaxıda həm süfrə, həm də texniki üzüm sortları becərilir. Süfrə üzümlərinin yığımına avqustun ortalarından başlanılıb və məhsul rayonun, eləcə də Bakı şəhərinin bazarlarına göndərilir. Texniki sortların kütləvi yığımı isə hazırda davam edir və məhsul əsasən şərab emalı müəssisələrinə çatdırılır.

Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sərdar Ömərov bildirir ki, rayonda üzümçülük əsasən Şəhriyar qəsəbəsi, Çarxan, Adnalı, Məlikçobanlı, Meşəri, Mirikənd kəndləri, Məktəb qəsəbəsi və Böyük Xınıslı kəndinin ərazilərində inkişaf etdirilir.

Bu il üzümün satışında ciddi problem müşahidə olunmur. Məhsul bazarın tələbinə uyğun satılır. Qiymətlər isə üzümün sortundan, keyfiyyətindən və bazardakı vəziyyətdən asılı olaraq dəyişir.

Şamaxının Quşçu kəndinin 61 yaşlı sakini Təzəgül Məmmədova da uzun illərdir üzüm bağlarında çalışan sakinlərdəndir. O, ailəsini bu sahədə çalışaraq dolandırır. Deyir ki, havanın isti olması səbəbindən işə səhər erkən saatlarda başlayırlar.

Təzəgül Məmmədovanın sözlərinə görə, üzüm yığımı təcrübə və diqqət tələb edir. Məhsulun düzgün yığılmaması salxımların, eləcə də üzüm tənəyinin yarpaq və budaqlarının zədələnməsinə səbəb ola bilər.

Toplanan üzümlər əvvəlcə vedrələrə, daha sonra bağın kənarında yerləşdirilən yeşiklərə yığılır. Buradan isə texnikaların köməyi ilə ərazidən daşınır.

Aqronom Əlisafə Səftərov bildirir ki, Şəhriyar qəsəbəsi ərazisindəki üzüm bağlarının bir hissəsi dəmyə, digər hissəsi isə suvarılan sahələrdə yerləşir. Onun sözlərinə görə, üzüm digər meyvəçilik sahələri ilə müqayisədə daha çox əmək və vaxt tələb edir. Buna baxmayaraq, çəkilən zəhmət yüksək məhsuldarlıq və gəlirlə özünü doğruldur.

Qeyd edir ki, suvarılan sahələrdə məhsuldarlıq dəmyə sahələri ilə müqayisədə daha yüksəkdir. Lakin dəmyə şəraitində yetişdirilən üzümün keyfiyyəti daha yaxşı olur.

Bu il yaz aylarında havaların yağıntılı keçməsi bir sıra meyvə bağlarında məhsuldarlığa mənfi təsir göstərsə də, üzüm bağları üçün əlverişli olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda üzüm bağlarının ümumi əkin sahəsi 14,9 min hektar olub. Məhsuldarlığın 8,6 faiz yüksələrək 106,6 sentner/hektara çatması nəticəsində ölkə üzrə üzüm istehsalı 0,5 faiz artaraq 210,9 min ton təşkil edib.

Həmin il intensiv və superintensiv üzüm bağlarının sahəsi 15,7 faiz artaraq 1,5 min hektara çatıb. Belə bağlar ümumi üzüm bağlarının 9,9 faizini təşkil edib. 2021–2025-ci illər ərzində ölkə üzrə 1 136,5 hektar yeni üzüm bağı salınıb.

2025–2026-cı təsərrüfat ilində müəyyən edilmiş meyarlara və subsidiya tələblərinə cavab verən texniki üzüm bağlarının hər hektarına 8 min və 16 min 500 manat, süfrə üzüm bağlarının hər hektarına isə 8 min manat subsidiya tətbiq edilib.

Müxbir – Rəşad Türkoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri