“Şamaxı”nın baş məşqçisi ilk dövrənin nəticələrini dəyərləndirdi
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“11 tur kifayət qədər böyük zaman kəsiyidir. Çempionatın üçdə biri geridə qalıb. Digər tərəfdən, bu il heyətinin 85 faizi yenilənmiş “Şamaxı” gördük”.
Bu sözləri “Şamaxı” futbol komandasının baş məşqçisi Azər Bağırov deyib.
Təcrübəli mütəxəssis komandasının Misli Premyer Liqasında ilk dövrədəki çıxışını dəyərləndirib.
“Mövsüm başlamazdan əvvəl cəmi 20 gün vaxtımız var idi. Həmin müddəti yeni futbolçuların bir-birinə uyğunlaşmasına sərf etdik. Mənim üçün sevindirici məqam komandamızın “İmişli” ilə matça qədər sabit oyun nümayiş etdirməsi idi. Həmin görüşdən sonra “Neftçi” və “Sabah”la qarşılaşdıq. “Neftçi”yə məğlub olsaq da, yaxşı mübarizə apardıq. “Sabah”la oyunda da eyni mənzərənin şahidi olduq. Qol vurmağımız və daim rəqibin meydançasında olmağımız mənim üçün önəmlidir”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Bağırov daha çox xal toplaya bilmədiklərinə görə heyifsilənmədiyini bildirib:
“Təbii ki, xallarımızın daha çox olmasını istəyərdik, amma heyifsilənmək istəmirəm. İnanıram ki, komandamız ikinci dövrədə də yaxşı çıxış edərək xallar toplayacaq. Futbolçularımız bəzi məqamlarda meydanda nə etməli olduqlarını daha yaxşı dərk edirlər. Belə vacib nüanslar bizə xallar qazandırır. Mövsümün sonunda hansı nəticəni əldə edəcəyimizi zaman göstərəcək. Komandamız liderlik keyfiyyətlərini meydanda nümayiş etdirə bilsə, turnir cədvəlinin yuxarı pillələrində qərarlaşacağıq”.
Qeyd edək ki, “Şamaxı” turnir cədvəlində 14 xalla yeddinci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 16 Noyabr 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















