Icma.az
close
up
RU
“Şamaxı”nın bombardiri təkliflər alıb Müsahibə

“Şamaxı”nın bombardiri təkliflər alıb Müsahibə

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə

“Şamaxı”nın isveçrəli hücumçusu Karim Rossinin QOL.az saytına müsahibəsi

- Artıq 9 aydır “Şamaxı”dasınız. Azərbaycan çempionatı haqda nə fikirdəsiniz? Belə bir yarış gözləydiriniz, yoxsa fərqli mənzərə?

- Düşünürəm ki, liqa çox rəqabətlidir. Hazırda “Sabah” və “Qarabağ”ın çempionluq uğrunda mübarizə apardığını görürük. “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı çıxışı çox yaxşı oldu. Bu da liqa üçün müsbətdir. Azərbaycan Premyer Liqası elə bir çempionatdır ki, burada hətta kiçik komandalar da böyük komandaları təəccübləndirə bilir. Burada oynamaqdan zövq alıram.

- İndiyə qədər bir çox Avropa klublarında oynamısınız. Onların arasında İngiltərənin “Stok Siti” və “Hall Siti” klubları da var. Azərbaycan çempionatı əvvəl çıxış etdiyiniz yarışlardan nə ilə fərqlənir? Avropa ilə müqayisədə nələr çatmır?

- Düşünürəm ki, İngiltərə çempionatı daha intensivdir və tempi bundan sürətlidir. Buna görə də dünyanın ən yaxşı liqası hesab olunur. Amma Azərbaycan çempionatı da hər il inkişaf edir və ümid edirəm ki, gələcəkdə daha çox komanda Avropa turnirlərində çıxış edəcək. Fikrimcə, Azərbaycan liqası ilə digər liqalar arasındakı fərq əsasən böyük və kiçik komandalar arasındadır. Büdcə və stadion baxımından fərq var. Həmçinin, Premyer Liqada daha çox komandanın olması da inkişafa aparar.

- Misli Premyer Liqasında keçirdiyiniz 25 turu həm komandanız, həm də özünüz üçün necə dəyərləndirirsiniz?

-  Düşünürəm ki, razı qala bilərik. Bəllidir ki, “Şamaxı” ən kiçik büdcələrdən birinə malikdir. Bu isə o deməkdir ki, yaxşı oyunçularımızla yanaşı, çox yaxşı baş məşqçimiz də var. Buna görə bir çox komandaları təəccübləndirmişik. Ümid edirəm ki, son 8 oyunda 1-2 pillə də irəliləyə bilərik. Bu, uğurlu mövsüm olardı. 

-  Premyer Liqada 9 qol vurmusunuz. Bombardirlik yarışında iddialısınız? 

- “Sabah”ın futbolçusu Coy-Lens Mikels xeyli öndədir (15 qol) və komandası hazırda yaxşı formadadır. Onlar çoxlu qol imkanları yaradır və hücum futbolu oynayırlar. “Şamaxı”da oynadığımı nəzərə alsaq, qol vurmaq o qədər də asan deyil, amma son 8 oyunda ən yaxşısını etmək istəyirəm. Görək nə olur. Ümid edirəm ki, mayın sonunda ilk 3-lükdə qala bilərəm. 

- “Şamaxı”dakı çıxışınızı karyeranızın parlaq dövrü adlandırmaq olar?

-  Bəli, bunu karyeramın ən yaxşı dövrü hesab edirəm. Çünki yaxşı liqadır, pis çıxış etmirəm və bu mövsüm 12 qol vurmuşam (3-ü kubokda -QOL.az). Bu, karyeramda ən yüksək göstəricidir. Ümid edirəm ki, bu rekordu daha da möhkəmləndirərəm. Mənə bu fürsəti verdiyi və hər zaman mənə və keyfiyyətlərimə inandığı üçün baş məşqçimiz Ayxan Abbasova təşəkkür edirəm. Uğurlu çıxışımın səbəbi də budur.

- İsveçrə millisinin məşqçiləri sizinlə maraqlanır? Milliyə dəvət almaq şansınız varmı? Bu barədə məlumatlar yayılmışdı.

- İsveçrə mediası mənim adımı hallandırır, çünki Avropada oynayan isveçrəli hücumçular arasında ən çox qol vuranlardan biriyəm və bunu kiçik komandada edirəm. Onlar mənim və digər oyunçuların çıxışını izləyirlər. Milliyə çağırılıb-çağırılmayacağımı bilmirəm, amma dəvət alsam, çox qürur duyaram. 

- Maraqlıdır ki, “Şamaxı”ya gələnə qədər 14 klub dəyişmisiniz və bu, təxminən 10-11 il ərzində olub. Bir klubda 1 mövsümdən artıq qalmamağınız nə ilə bağlıdır? 

- Hücumçunun həyatı digər mövqelərdən fərqlidir. Biz qollarla dəyərləndirilirik və komanda yoldaşlarımızın ötürmələrindən asılıyıq. Hücumçuların karyerası yarımmüdafiəçilər və ya müdafiəçilərlə müqayisədə daha az stabil olur. Bu, mənim yolumdur və məni bu gün olduğum insan edən də budur.

-  Fasilədən sonra ilk oyununuz sabah “Zirə”yə qarşı olacaq. Bu görüşdən nə gözləyirsiniz?

- “Zirə”nin çox yaxşı baş məşqçisi və keyfiyyətli oyunçuları var. Son illərdə sabit çıxış edirlər. Bizim üçün çətin oyun olacaq. Ən yaxşı oyunumuzu göstərməli və taktiki cəhətdən düzgün oynamalıyıq.

- Mövsümün sonunda “Şamaxı” ilə müqaviləniz başa çatır. Bir çox klublardan təklif aldığınız, hətta komandadan gedəcəyinizlə bağlı xəbərlər yayılıb. 

- Hələ gələcəyimlə bağlı və növbəti mövsümdə harada oynayacağım barədə dəqiq məlumatım yoxdur. Müqaviləm mayın 31-də başa çatır. Bəli, bəzi təkliflər var. Bu, futboldur, amma hələ tezdir. Mən yalnız mövsümü güclü şəkildə başa vurmağa köklənmişəm və bütün variantları sonra analiz edəcəyəm. Azərbaycanda özümü yaxşı hiss edirəm və düşünürəm ki, bu liqa mənə uyğundur.

Ramiq Ağaməmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Aprel 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri