Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

“Şamaxı”nın legioneri: “Bu cür nəticəni gözləmirdik” MÜSAHİBƏ

“Şamaxı”nın legioneri: “Bu cür nəticəni gözləmirdik” MÜSAHİBƏ

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Bizim üçün çox çətin oyun olacaq, bunu bilirik. Çünki biz daha çox investisiya qoyulan və UEFA Çempionlar Liqasında çıxış edən güclü bir komandaya qarşı oynayacağıq".

Bunu “Şamaxı”nın portuqaliyalı yarımmüdafiəçisi Dioqo Balau futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– 8-ci turda öz meydanınızda “Kəpəz”ə 1:4 hesabı ilə uduzdunuz. Böyükhesablı məğlubiyyət sizin üçün gözlənilməz olmadı? Sonuncu pillədə qərarlaşan “Kəpəz”ə məğlubiyyətin səbəbini nədə görürsünüz?

– Bu, ağır məğlubiyyət idi. Əlbəttə ki, bu cür nəticəni gözləmirdik. “Kəpəz”lə oyuna qədər son matçlarda yaxşı təsir bağışlamışdıq. Düşünürəm ki, bu görüşə düzgün yanaşmadıq və bu, bizə 3 xal itkisi ilə başa gəldi.

– Komanda yoldaşınız Abdullahi Şuaybu qırmızı vərəqə almasaydı, fərqli hesab qeydə alına bilərdimi?

– Bəli, buna heç bir şübhəm yoxdur. Əminəm ki, Şuaybu qırmızı vərəqə almasaydı, biz daha çox qol vura və oyunu qazana bilərdik.

– Növbəti turda sizi ağır sınaq gözləyir. “Qarabağ”la səfər matçında hansı nəticəyə ümid edirsiniz?

– Bizim üçün çox çətin oyun olacaq, bunu bilirik. Çünki biz daha çox investisiya qoyulan və UEFA Çempionlar Liqasında çıxış edən güclü bir komandaya qarşı oynayacağıq. Buna baxmayaraq, motivasiyalı və diqqətliyik, düzgün düşüncə tərzinə sahibik. Meydanda 11 nəfər 11 nəfərə qarşı oynayır – nə baş verəcəyini görəcəyik.

– “Şamaxı” hazırda turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Komandanın gücü, hazırkı heyət daha yuxarı pillədə qərarlaşmağa imkan verir?

– Bəli, imkan verir, biz hazırıq! Təbii ki, daha yaxşı oynaya bilərik və iki vacib futbolçumuz zədədən qayıtdıqda daha da güclənəcəyik.

– Qısa zamanda “Şamaxı” azarkeşlərinin ən çox ümid bəslədiyi oyunçulardan birinə çevrilməyi bacarmısınız. Öz performansınızdan tam razısınız?

– Buna görə şadam, amma hələ görüləsi çox iş var. Daha çox qol vurmaq, daha çox assist vermək, komandaya qələbələr qazanmaqda kömək etmək istəyirəm. Bütün bunlar daha tez-tez yaşandıqca, bəlkə, onda özümdən razı qala bilərəm.

– Braziliya və Portuqaliyadan olan legionerlərin Azərbaycan çempionatına uyğunlaşması daha qısa çəkir və onların əksəriyyəti özünü burada yaxşı tərəfdən göstərməyi bacarır. Bunu nə ilə izah edərdiniz?

– Məncə, bu, oyunçuların fərdi keyfiyyəti ilə bağlıdır və eyni zamanda uğura olan aclığımızla əlaqədardır. Portuqaliyalı və braziliyalı futbolçular həyatdakı vəziyyətlərə tez uyğunlaşmağa meyllidirlər – bu, futbolda da belə olur. Keyfiyyət və zəhmətin birləşməsi həmişə öz nəticəsini verir. Təbii ki, bəzi oyunçulara daha çox vaxt lazımdır. Amma onlara həmin zamanı versəniz, azarkeşlər gec-tez oyunlarından zövq alacaqlar.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri