Icma.az
close
up
RU
“Şamaxı”nın braziliyalı transferi: “Həm xoş, həm də tələbkar mühitimiz var” MÜSAHİBƏ

“Şamaxı”nın braziliyalı transferi: “Həm xoş, həm də tələbkar mühitimiz var” MÜSAHİBƏ

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Şamaxı”nın braziliyalı yeni transferi David Tomasın futbolinfo.az saytına müsahibəsi

– “Şamaxı”ya keçidiniz necə alındı? Təklif alarkən kiminlə məsləhətləşdiniz və sizi cəlb edən nə oldu?

– Bu təklifdən, Azərbaycandan mənə maraq olmasından xəbər tutduqda çox sevindim. Bu, ölkənin öz ənənəsi olan komandalarından birində, rəqabətli çempionatda oynamaq üçün fürsət idi. Mən də bu fürsəti dəyərləndirməyi lazım bildim.

– “Şamaxı” ilə müqavilə imzalayana qədər Azərbaycan futbolu haqda hansı məlumata sahib idiniz?

– Açığı, Azərbaycan futbolunu yaxından izləmirdim. Amma burada oynamış komanda yoldaşlarım var idi və onlar həmişə bu çempionat haqqında yüksək fikirdə olublar. Azərbaycan Premyer Liqasında çıxış etmək karyerasında irəliləmək istəyənlər üçün yaxşı imkandır və bu da mənim əsas məqsədimdir.

– Yeni komandanızda sizi necə qarşıladılar? Adaptasiya prosesi necə keçir?

– Bütün komanda yoldaşlarım və məşqçilər heyəti məni çox yaxşı qarşıladı. Bizim həm xoş, həm də tələbkar bir mühitimiz var. Bu da möhtəşəm mövsüm keçirməyimizə kömək edəcək.

– Yeni mövsümə hazırlıq prosesində “Qəbələ” ilə yoxlama oyununda 1:2 hesabı ilə uduzdunuz və “Şamaxı”nın yeganə qoluna siz imza atdınız. Matçla və vurduğunuz qolla bağlı təəssüratınız necədir? Müdafiəçi olduğunuzu nəzərə alsaq, karyeranızda çox qolunuz var?

– Mövsümöncəsi ilk yoxlama oyunumuz idi. Məncə, bu görüş gələcəyə ümid verdi, komanda olaraq inkişaf edirik. Vurduğum qola gəlincə, mənim üçün əsas prioritet rəqibin qapımızdan top keçirməsinə mane olmaqdır. Amma qol vurmaq da məni həmişə sevindirir. Buvaxtadək karyeram ərzində hər mövsümdə fərqlənə bilmişəm. Uğurlu seriyanı yeni sezonda da davam etdirəcəyimə ümidliyəm.

– “Şamaxı” ötən mövsüm liqada 10 komanda arasında 7-ci yeri tutmuşdu. 12 komandanın iştirakı ilə keçiriləcək yeni sezonda daha yaxşı nəticə göstərmək mümkün olacaq?

– Bunu bacaracağımıza inanıram. Əgər əzmlə çalışmağa, bütün fikrimizi futbolu yönəltməyə davam etsək, böyük nailiyyətlər əldə edə bilərik. İnkişaf etmək istəyən, gənc komandamız və bizə köməyini əsirgəməyən məşqçilər heyətimiz var. Buna görə də düşünürəm ki, doğru yoldayıq.

– Azərbaycan çempionatında keyfiyyətli hücumçular, xüsusən də legioner forvardlar az deyil. Bu məqam sizi qorxutmur ki? “Şamaxı”nın müdafiə xəttində “keçilməz sədd” ola biləcəksiniz?

– Liqada keyfiyyətli hücumçuların olması mənə əlavə motivasiya verir. Mənim böyük çempionatlarda oynamaq ambisiyam var, ona görə də ən yaxşılara qarşı oynamaqdan zövq alıram. Məndən böyük əzmkarlıq və məsuliyyət gözləyə bilərsiniz. “Şamaxı”ya kömək etmək üçün əlimdən gələn hər şeyi edəcəyəm.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 İyul 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri