Icma.az
close
up
RU
“Şamaxı”nın isveçrəli hücumçusu: “Abdullah Zubiri sevirəm”

“Şamaxı”nın isveçrəli hücumçusu: “Abdullah Zubiri sevirəm”

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Azərbaycan liqasında oynamaqdan zövq alıram, bu mənə uyğun bir liqadır".

İdman.biz xəbər verir ki, bunu “Şamaxı”nın isveçrəli hücumçusu Kərim Rossi futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– “Araz-Naxçıvan”la oyuna necə hazırlaşırsınız?

– Bu oyuna yaxşı hazırlaşırıq. Evdə oynayacağıq, yaxşı çıxış etmək istəyirik. Qarşıda güclü komandaya qarşı çətin oyun olacaq, amma biz hazırıq.

– 5 turdan sonra komandamız 5 xal toplayıb və hazırda 12 komanda arasında 9-cu pillədədir. Bu nəticəni necə qiymətləndirirsiniz?

– 5 oyundan 5 xal göstərdiyimiz performansı əks etdirmir. “Sabah” ilə oyunda ən azı 1, “Zirə” ilə matçda isə 3 xal qazanmağa layiq idik. Biz hər komanda ilə rəqabət aparmağı bacardığımızı göstərmişik. Komandamdan əminəm, yaxşı heyətimiz var və bu mövsüm insanları təəccübləndirə bilərik.

– Komandamızın əsas oyunçularından biri hesab edilirsiniz və artıq 2 qol vurmusunuz. Məqsədiniz bombardirlər siyahısında daha yüksək pilləyə yüksəlməkdir?

– Vəzifəm qol vurmaqdır və ümid edirəm ki, bunu komanda yoldaşlarımın köməyi ilə davam etdirə biləcəyəm. Daha çox qol vurmaq üçün çalışmaqda davam edirəm. Hücumçu üçün ikirəqəmli qol sayı həmişə yaxşı mövsümün göstəricisidir.

– Azərbaycan Premyer Liqası barədə ümumi fikirləriniz necədir? Nədən razı, nədən narazısınız?

– Azərbaycan liqasında oynamaqdan zövq alıram, bu mənə uyğun bir liqadır. İndiyə qədər oynamaqdan böyük həzz almışam. Liqa çətindir və hər komanda hər kəsi məğlub edə bilər. Artıq “Qarabağ”ın bir neçə xal itirdiyini gördük. Bu 5 oyun ərzində isə hakimlərdən və onların “Şamaxı”ya yanaşmasından məyus oldum. Bu, bir çox hallarda ədalətsiz olub.

– Çempionatda əsas rəqib kimii hansı komanda və futbolçuları görürsünüz?

– Komanda olaraq hər komanda ilə rəqabət apara bilərik. “Neftçi” və “Zirə” ilə oyunlarda bunu sübut etdik. Bu liqada David Volkov, Felipe Santos, Aleks Souza kimi çox yaxşı oyunçular var. Ümid edirəm ki, öz keyfiyyətimi göstərərək komandaya kömək etmək üçün qol vurmağa davam edəcəyəm. Amma mən Abdullah Zubiri sevirəm, o, əsl klass oyunçudur və mənim üçün hələ də liqadakı ən yaxşı oyunçulardan biridir. Komandanı idarə edə bilir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Sentyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see282

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see270

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see253

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see251

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see244

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see198

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see197

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see193

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see193

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see174

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see171

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see169

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see167

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see167

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see166

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see166

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see162

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see156

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see155

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri