Icma.az
close
up
RU
Şamaxının qapıçısı: Fernandu Santuş Azərbaycan xalqını sevindirəcək, səbirli olmaq lazımdır

Şamaxının qapıçısı: Fernandu Santuş Azərbaycan xalqını sevindirəcək, səbirli olmaq lazımdır

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Şamaxı"nın portuqaliyalı qapıçısı Rikardo Fernandeş apasport.az saytına müsahibə verib. 

- Fasiləni necə keçirdiniz? Sizin üçün müsbət hal oldu? Daha çox nəyin üzərində işlədiniz? 
- İstirahət günlərində dincəlmək üçün fasilədən istifadə etdim. Komanda olaraq da qış fasiləsinə qədər qarşıda duran çətinliklərin öhdəsindən gəlmək üçün ciddi şəkildə məşq etdik. Məncə, bizim üçün hər şey yaxşı keçdi. 

- Azərbaycan millisinin oyunlarına baxdın? Estoniya və İsveçlə matçlara... Azərbaycan millisini bu dərəcədə zəif komanda hesab edirdin? Səncə, Azərbaycan nəyə görə zəif komandadır? 
- Bəli, baxdım. Azərbaycan millisinin Estoniya ilə görüşdə qələbəyə layiq olduğunu düşünürəm. Ancaq biz futbolun ədalətli olmadığını yaxşı bilirik. Millinin əla məşqçisi var. Ancaq təəssüf ki, işlər gözlənildiyi kimi olmadı. Azərbaycan millisinə uğurlar arzulayıram.  

- Millimizin baş məşqçisi həmyerlin Fernandu Santuşdur. Onun fəaliyyətini necə dəyərləndirirsən? Portuqaliya millisində Avropa çempionu olub, indi isə D liqasında Cəbəllütariqə qarşı oynayacaq... 
- Şübhəsiz ki, bu, onun planlaşdırmadığı bir şey idi. O, Portuqaliya üçün əla titul qazanmışdı. Həqiqətən onun Azərbaycana daha çox kömək edəcəyini düşünürdüm. Amma bütün bunlar bir proses və artımdır. Əlbəttə ki, Santuş istənilən halda Azərbaycan millisinə çox şey verəcək, Azərbaycan xalqına sevinc bəxş edəcək. Buna çox inanıram.

- Mütəxəssislər düşünür ki, Fernandu Santuşu baş məşqçi postundan göndərmək lazımdır. Bu haqda sən nə düşünürsən? 
- Düşünürəm ki, onlar səbirli olmalıdırlar. Santuş çox taktiki gücə malik bir məşqçidir. O, futbolçulara oyunlarını inkişaf etdirməyə və ümumilikdə özlərini inkişaf etdirməyə çox kömək edə bilər.

- "Şamaxı" ya qayıdası olsaq, növbəti turda "Sumqayıt"la qarşılaşacaqsız. Səncə, qalib gələcəksiz? 
- Əminəm ki, hər şeyimizi meydanda verəcəyik. Çox rəqabətli oyun olacaq. Çempionatın elə bir mərhələsindəyik ki, bütün xallar vacibdir və hamıya xal lazımdır. Biz ciddi və rəqabətli olmalıyıq. 

- Artıq sənin adın Premyer Liqanın digər klubları ilə yanaşı hallanır. Mövsümün sonunda başqa kluba keçməyin mümkündür? 
- Bu, mənim danışmaq istəmədiyim mövzudur. Çünki indi bütün diqqətimi "Şamaxı"ya və kluba kömək etməyə yönəltmişəm. Bütün vacib olan məsələ budur və yalnız "Şamaxı"nı fikirləşirəm.

Anton Krivotsyuk yenidən Azərbaycana qayıdır - Özəl İlham Yadullayev kimlərə xidmət edir? - U-17 millimizdə skandal Dadaşov məşqlərə başladı Mahirin komandası səfər matçına çıxacaq - YENİLƏNİR "Qarabağ"da şok ayrılıq - Juninyo komandanı tərk edir?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://apasport.az
archiveBu xəbər 22 Noyabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri