Icma.az
close
up
RU
“Şamaxı”nın yeni transferi: “Qərar verərkən həmişə bir az tərəddüd olur”

“Şamaxı”nın yeni transferi: “Qərar verərkən həmişə bir az tərəddüd olur”

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Şamaxı”nın yeni transferlərindən olan braziliyalı müdafiəçi Sezar Henrikenin Futbolinfo.az-a müsahibəsi

– Artıq 1 aydır ki, “Şamaxı”ya qoşulmusunuz. Adaptasiya prosesi necə keçir? Kollektivə tam uyğunlaşmağınız üçün daha nə qədər zamana ehtiyacınız var?

– Buraya gəldiyim gündən etibarən heç bir çətinlik çəkmirəm. Baxmayaraq ki, əksər oyunçuların və məşqçilərin danışdığı dildə danışmıram. Hamı mənə həm meydanda, həm də meydandan kənarda ehtiyacım olan hər şeydə kömək edir.

– “Şamaxı”ya keçmək qərarını verərkən tərəddüd etdinizmi? Qərarınızda nə həlledici rol oynadı?

– Onsuz da qərar verərkən həmişə bir az tərəddüd olur. Axı məsələ ölkəmi tərk edib uzaq bir yerə getmək idi. Amma “Şamaxı” klubu, oyunçulara təqdim olunan infrastruktur barədə araşdırma apardıqdan sonra çox düşünməyə ehtiyac duymadım. Sadəcə, burada olmaq və klubun uğuru üçün oynamaq istədim.

– Azərbaycan çempionatının startına sayılı günlər qalıb. “Şamaxı” yeni mövsümə tam hazırdır?

– Uzun müddətdir ki, çox intensiv şəkildə çalışırıq. Hazırlıq prosesi müddətində liqadakı digər komandalarla yoldaşlıq oyunları keçirmişik və hazırda çempionatın debütü üçün lazım olan son detalları tamamlayırıq.

– İlk turda “Neftçi”nin qonağı olacaqsınız. Rəqib haqda nə qədər məlumatınız var? Bu oyundan hansı nəticəni gözləyirsiniz?

– Nəticə barədə konkret bir şey deyə bilmərəm. Çünki futbol çox qeyri-müəyyən idman növüdür. Amma yaxşı oyun göstərmək üçün tam hazır olacağıq. Onu deyə bilərəm ki, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– “Şamaxı”nın hazırkı heyəti legionerlərlə gənc yerli futbolçuların vəhdətindən formalaşıb. Bir-birinizi başa düşməkdə çətinlik çəkməyəcəksiniz ki?

– Hər gün birlikdə yaşayırıq, qarşılaşdığımız hər bir çətinliyin öhdəsindən birlikdə gəlirik. Buna görə də problem olmayacağını düşünürəm.

– Azərbaycan çempionatında xeyli sayda braziliyalı futbolçu çıxış edir. Onlardan kimləri tanıyırsınız?

– Bəli, bu məqam liqanın çox keyfiyyətli olduğunu sübut edir. Azərbaycan Premyer Liqasında çıxış edən daha bir braziliyalı olacağım üçün və “Şamaxı”nın formasını geyinəcəyimə görə çox sevincliyəm.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Avqust 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri