Saməddin Əsədov: “Azərbaycan bütün ərazisində 100% genişzolaqlı internet təmin edən azsaylı ölkələrdəndir”
Icma.az bildirir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib. Onun sözlərinə görə, Bakıda bu konfransın keçirilməsi həm Azərbaycan, həm də region üçün böyük önəm daşıyır:
“Bu tədbir ölkəmizin rəqəmsal transformasiya proseslərini sürətləndirməsi və beynəlxalq nüfuzunun artması baxımından mühüm platformadır. Qeyd edək ki, tədbirə ABŞ, Almaniya, Türkiyə, Rusiya, Fransa, İsrail, Yaponiya, Çin, Tailand, İsveçrə, Yunanıstan, Malayziya, Slovakiya, Qazaxıstan daxil olmaqla 160-dan artıq ölkədən 2500 yaxın iştirakçı qatılıb. Təxminən 60 ölkədən nazir və nazir müavini səviyyəsində nümayəndələr iştirak edirlər.
Tədbirə həmçinin 500-dən artıq gənc qatılıb. Bakıdakı konfransda həm beynəlxalq, həm də yerli gənclərin iştirakı onlara qlobal texnoloji tendensiyalarla tanış olmaq və beynəlxalq tərəfdaşlıqlar qurmaq üçün imkanlar yaradır”.
Saməddin Əsədov bildirib ki, dünyada hələ də təxminən 2.6 milyard insan internetə çıxış imkanına malik deyil. WTDC 25-in məqsədi məhz belə insanların əlçatan və keyfiyyətli əlaqə imkanlarını artırmaq, qlobal rəqəmsal bərabərsizliyi azaltmaqdır:
“Azərbaycan bütün ərazisində 100% genişzolaqlı internet təmin edən azsaylı ölkələrdəndir. Bu, bizim həm regionda nümunə olmağımızı, həm də qlobal səviyyədə təcrübəmizi paylaşmağımızı mümkün edir. Konfrans çərçivəsində 2026–2029-cu illər üçün qlobal rəqəmsal inkişaf yol xəritəsi qəbul ediləcək, yeni regional təşəbbüslər və telekommunikasiya prioritetləri müəyyən ediləcək.
Həmçinin, ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan və kiçik ada dövlətlərinin rəqəmsal imkanlarının artırılması diqqət mərkəzində olacaq. WTDC 25 həm də bilik və təcrübə mübadiləsi üçün unikal platformadır. Burada hökumət nümayəndələri, İKT sənayesinin liderləri və beynəlxalq təşkilatlar bir araya gələrək yeni texnologiyalar və qabaqcıl təcrübələri müzakirə edəcəklər. Bu, Azərbaycanın rəqəmsal imkanlarını artırmaq və regionda texnoloji liderlik mövqeyini gücləndirmək baxımından əvəzsiz bir fürsətdir”.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Saməddin Əsədov sədr seçildi
17 Noyabr 2025 10:28
Nazir müavini təyin edilən Saməddin Əsədov KİMDİR?
04 Mart 2025 15:23
Saməddin Əsədov: Bakı sammitində biz bir bəyannamə imzaladıq
16 Noyabr 2024 14:04
WTDC 25 in sədri vəzifəsinə Saməddin Əsədov seçilib
17 Noyabr 2025 10:03
Baxış sayı:94
Bu xəbər 17 Noyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları