Şamil Ayrım: Qars İğdır Naxçıvan dəmir yolu layihəsi regionun iqtisadi inkişafına təkan verəcək
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi regionun iqtisadi inkişafına təkan verəcək.
525.az “Report”a istinadən xəbər verir ki, bunu Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AK Partiya) olan deputatı Şamil Ayrım deyib.
O qeyd edib ki, hazırda Rusiya təbii qazının Türkiyə üzərindən Avropaya nəqli dayandırıldığı üçün 10 ölkənin qaz təchizatında Azərbaycanın əhəmiyyəti xeyli artıb:
“Bu, Azərbaycanın nüfuzunu Avropada və dünya miqyasında daha da yüksəldir”.
Apreldə təməlqoyma mərasimi keçiriləcək Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinə də toxunan Ş.Ayrım bildirib ki, Asiya və Avropanı birləşdirəcək bu layihənin gerçəkləşdirilməsi regionun iqtisadi inkişafına təkan verəcək:
“Azərbaycan və Türkiyə rəsmi nümayəndə heyətlərinin iştirakı ilə yanvarda Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi üzrə tikintisi zonasını ziyarət etdik. Əslində bu, Naxçıvan, İğdır, ümumiyyətlə isə Avropa və Asiyanın səbirsizliklə gözlədiyi çox mühüm fəaliyyətdir. Yeri gəlmişkən, təməlqoyma mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin də iştirakı gözlənilir”.
Ötən həftə hər iki dövlət başçılarının Ankarada videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasiminə qatıldıqlarını xatırladan türkiyəli deputat deyib ki, bu layihə Naxçıvan üçün həyati əhəmiyyət daşıyır:
“Təbii ki Türkiyə qardaş Azərbaycanın bir hissəsi olan Naxçıvanın təbii qaz təchizatına dəstək verməli idi və verdi. Yeni layihələrin həyata keçirilməsi, bölgənin iqtisadi cazibəsinin artırılması, Zəngəzur dəhlizinin açılması, regionda sülh və sabitliyin bərpası istiqamətində Azərbaycanla Türkiyənin səyləri davam edir. Bu prosesin müsbət nəticələnəcəyinə inanıram”.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:150
Baxış sayı:150 Bu xəbər 13 Mart 2025 15:32 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 13 Mart 2025 15:32 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















