Şamil Ayrım: Türkiyə Qarabağın dirçəlişində Azərbaycana dəstək olur və olacaq Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Türkiyə Qarabağın dirçəlişində Azərbaycana mütləq dəstək olur və olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Bakıda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransında deyib.
O qeyd edib ki, Azərbaycan Vətən müharibəsi və antiterror əməliyyatları ilə suverenliyini təmin edə bildi.
"Türkiyə həmişə Azərbaycanın yanındadır. Azad olunmuş ərazilərə gedirik, oradakı dağıntıları görürük. Biz heç zaman bu zülmü yaddan çıxarmırıq və həmişə xatırlayacağıq. Qarabağın dirçəlişində isə Azərbaycana mütləq dəstək oluruq və olacağıq", - Ş.Ayrım vurğulayıb.
O, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə də toxunub. Qeyd edib ki, öz torpaqlarından məcburi şəkildə çıxarılan, qovulan Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ var:
"Bəs dünyanın ədaləti hanı? Qarabağ müharibəsi dövründə Azərbaycan 30 il Minsk qrupu ilə vaxt itirdi. Ermənilər isə Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına tərəddüd etməməlidirlər".
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:103
Baxış sayı:103 Bu xəbər 07 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 07 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















