Qoy, mən də gəlim səninlə... Yannis Ritsosdan şeirlər
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün tanınmış yunan şair Yannis Ritsosun anım günüdür.
Kulis.az onun şeirlərini təqdim edir.
SON İSTƏK
Şeirə, sevgiyə və ölümə inanıram, deyir,
məhz buna görə ölməzliyə də inanıram.
bir misra yazıram, dünyanı yazıram;
mən varam; dünya var.
bir çay axır çeçələ barmağının ucundan.
yeddi qat göyün mavisidir bu çay.
yenidən ilk həqiqətə çevrilir bu paklıq-
budur mənim son istəyim...
"AY İŞIĞI" SONATASI
Qoy, mən də gəlim səninlə.
Nə gözəl ay var bu axşam!
Yaxşıdır ay, yaxşıdır,
-heç kim görməyəcək
saçlarımın necə ağarmış olduğunu.
Ay yenə qızılı rəngə boyayacaq onları.
Sən də anlamayacaqsan.
Qoy, mən də gəlim səninlə.
Ay çıxanda böyüyər evdəki kölgələr,
görünməz əllər açar pərdələri,
pianonun tozuna unudulmuş sözlər yazar
solğun bir barmaq
-eşitmək istəmirəm onları.
Nə olar sus.
Qoy, mən də gəlim səninlə,
bir az daha uzağa,
fabrikin divarlarına qədər,
o betona, o səmaya, o ay işığı ilə
ağardılmış,
eləcə laqeyd,
eləcə maddədən uzaq,
eləcə real və demək olar ki, mücərrəd şəhərin
göründüyü o döngəyə qədər,
istəsən inana bilərsən yaşadığına,
hətta yaşamadığına da,
istəsən heç yaşamadım deyə düşün,
istəsən inanma
zamanın dağıntılarına.
Qoy, mən də gəlim səninlə.
***
Bilirsən, ölüm deyə bir şey yoxdur, - deyir kişi qadına.
bilirəm, bəli, artıq öldüyümə görə, - deyir qadın.
hər iki köynəyin də ütüləndi, siyirmədədir,
sadəcə kiçik bir gül üçün darıxıram...
Türk dilindən sətri tərcümə etdi: Aydan Ağayeva
XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları kimdir? Tom Kruza "Ömürlük uğur mükafatı" təqdim olunacaq Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq
Baxış sayı:93
Bu xəbər 11 Noyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















