Icma.az
close
up
RU
Samir Abasov: Biz üç xalımızdan, komandamızdan razıyıq

Samir Abasov: Biz üç xalımızdan, komandamızdan razıyıq

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Neftçi"nin baş məşqçisi Samir Abasov "Sumqayıt"a evdə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXIV turunun oyunundan sonra mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Matçın sonunda dördlü müdafiəyə üstünlük verdiniz. Görüşün əvvəlindı belə sistemlə oynamağı düşünürsüzmü?

- Hələlik yox. Bunun acısını "Araz-Naxçıvan"la qarşılaşma çəkdik. Oyun ərzində dəyişiklik ola bilər? Bəzən riskə gedirsən. Bunun üzərində durub, çempionatın sonunadək təkmilləşdirsək, daha yaxşı olacağını düşünürəm.

- Vaqif Cavadov penaltinin doğru qərar olmadığını söylədi. Sizcə, oyunun ədalətli nəticəsi nə idi?

- Köməkçilərim baxıblar. Gördülər ki, penalti var. Bu cür oyun barədə danışmaq çətindir. Şərait özü oyunun tempi öldürür, səhvlərə məcbur edir. Meydan yaşıldı, qar təmizdir. Amma sürüşkən idi, top saxlayanda vaxt sərf edirsən, qərarlar verəndə gecikmələr olur..Bunlar anlaşılandır. Bu oyunun nəticəsi heç-heçə, 1:0 olardı, əks-hücumda qol buraxa bilərsən. Komandamdan razıyam. Səbirli oldular. Axıradək inam da var idi. Rəqibin baş məşqçisinin dedikləri? Öz komandasına aiddir. Biz üç xalımızdan, komandamızdan razıyıq.

- Komandanın içində psixoloji durumda hansısa dəyişiklik hiss edirsinizmi?

- Qələbələr abu-havanı düzəldir. Komandanı daha yaxşı hazırlamağa köməklik edir. Daha da yaxşı olmasına çalışırıq. Həftəiçi komandanın içində mənəm və əhval-ruhiyyə yaxşıdır, uşaqlar bir-birinə inanırlar. Məndən əvvlki baş məşqçi ilə əlaqələndirmirəm. Sadəcə, nəticələr təzyiq yaradırdı.

- Sambunun çıxışını necə qiymətləndirirsiniz?

- İlk aylar oyunçuya qiymət vermək çətin olur. Bunun tərəfdarı olmamışam. Özü də bellə hava şəraitində. Burada ancaq mübarizə aparırsan. Hər bir futbolçumuza inanırıq. Allah qoysa, mövsümün sonunaqədər hərəsi bir oyun xeyir versə, irəli getməyimizə kömək olacaq.

- "Qarabağ"la oyundan sonra start heyəti müəyyənləşdirərkən, Yuri Matias seçimində tərəddüdünüz oldumu?

- Heç vaxt, əsla olmayıb. Bir səhvin üzərində duran insan olmadığıma görə, belə şey də olmadı. Amma buna baxmayaraq, qorxumuz da olub, kimsə zədələnər. Matiasın o səhvinə görə oynamayacağını düşünməmişdik. 

- Ramil Şeydayev kölgədə qalıb. Sizcə, niyə rəqabətdə məğlub olur?

- Heç bir futbolçumuzun problemi yoxdur. Ramildə də həmçinin. "Sabah"la başqa heyətlə oynadıq. Futboplçudan müsahibə alsanız, keçən həftəki zəif oyununa görə nələrsə ola bilər. Amma bunu da prioritet tumuruq. Çalışırıq ki, hər bir fubtolçunu növbəti matça yaxşı hazırlayaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sport24.az
archiveBu xəbər 21 Fevral 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri