Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Samir Abasov: “Bura nələrdənsə şikayət etmək üçün gəlməmişəm” İdmanXəbər

Samir Abasov: “Bura nələrdənsə şikayət etmək üçün gəlməmişəm” İdmanXəbər

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin. Bu gün o qədər möhtəşəmdir ki, Azərbyacanın hər yerində qeyd olunur. Oyuna gəldikdə, çox çətindir nəsə demək. Birinci günlərlə müqaysiədə, get-gedə komandada nə problemlər var, hansı yöndə işləməliyik, bunlar daha çox görünür. Hara gəldiyimizi də bilirik, hansı problemlərlə üzləşəcəyik, onu dərk edib gəlmişik. İndi bir çıxış yolumuz var ki, dayanmadan işləmək lazımdır. Bu cür stressi geridə qoymalıyıq. Pozitiv bir şey axtarıb, yeni bir iş tapmalıyıq. Yeni oyunçuların çıxması, digərlərinin inkişafı. Bu gün oyun barəsində danışsaq, şəxslər üzərində də dursaq, Murad Məmmədovu qeyd edərdim. Təbrik edirəm. Yaxşı başladı. İkinci hissədə çəkdiyimiz bəla Muradda da sezilməyə başladı. Tempdən düşdü. Bu gün biz “Neftçi” olaraq oyunların tempinə hələ ki, tab gətirə bilmirik. Bu, bizim görülən problemimizdir. Çalışacağıq. Milli fasilə var. Bəlkə bizə kömək oldu. Mən gələndən sonra analiz etsək, ikinci hissədə hücum qurmaqda nə qədər əziyyət çəkirik. İşləyəcəyik. Çalışacağıq ki, ən yaxşısını edək. Edə bilsək, təbii ki. Matçdan əvvəl uşaqlara dedim ki, siz oyununuzdan həzz alsaz, aqressiv, templi oynasaz….Futboldur, rəqib standart vəziyyətlərdən qol vura bilər. Problemlər oyundan-oyuna daha da görünür. Çalışacağıq ki, rotasiyalar edə-edə, nələrsə fikirləşərək yaxşı vəziyyətə gələk”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Nefrçi”nin baş məşqçisi Samir Abasov “Şamaxı” oyubu (2:2) barədə danışarkən deyib. O, daha sonra jurnalisitlərin suallarını cavablandırıb:

– İlk hissədə hesab 2:0 olanda, Dembo Darbo qapıya zərbə əvəzinə ötürmə etdi. Ofsayd vəziyyətindən sonra isə gülürdü. Bu, oyunun qırılma anı idi?

– Epizoda uzaqdan baxırıq. Analiz etməliyik ki, nəsə fikir bildirək. Bəzi hallarda futbolçunu pas vermədiyinə görə qınayırsan. Gülümsəməyinə gəldikdə, burada neqativ axtarmıram. Hesab da 2:0 idi. Rahatlıq var idi bir az. Çox əziyyət çəkdiyimiz məqamlar, kiminsə qol vurması yox, son nöqtələrdə futbolçuların verdiyi qərarlardır. Problemlər üzə çıxır. Bəlkə də Darbo vursaydı, daha rahat olardıq.

– “Neftçi” elə klubdur ki, hər uğursuzluqda nişangaha baş məşqçi gəlir. Hazırda komandada ən ciddi problem fiziki məsələdir. Deyirlər Samir Abasov da gəldi, dəyişən heç nə olmadı. Fiziki məsələ ilə bağlı planınız nədir?

– Rotasiyalar edə-edə daha hazır olanları meydana buraxaraq, komandanı balansa gətirmək lazımdır. Məşqlərdə də nəticələrə baxırıq. Biz bilməliyik ki, bura yaxşı olsaydı, məşqçini dəyişib başqasını gətirməzdilər. Nələrsə yaxşı deyil ki, dəyişiklik olur. Bura nələrdənsə şikayət etmək üçün gəlməmişəm. Məni bura komandanı bu situasiyadan çıxarmaq üçün gətiriblər. Bu haqda danışmıram. Situasiyadan çıxmaq istəyirik. Problemlər var. Buradayamsa, mən həll etməliyəm. Kluba, azarkeşlərə bu şikayətlər maraqlı deyil. Görəcək işlərimiz çoxdur. Nəsə deməyim düzgün çıxmaz. Etik deyil. Etik olsa da, “Neftçi” camiəsi üçün maraqlı deyil. Bunu anlayıram.

– “Neftçi” elə klubdur ki, hər uğursuzluqda nişangaha baş məşqçi gəlir. Hazırda komandada ən ciddi problem fiziki məsələdir. Deyirlər Samir Abasov da gəldi, dəyişən heç nə olmadı. Fiziki məsələ ilə bağlı planınız nədir?

– Rotasiyalar edə-edə daha hazır olanları meydana buraxaraq, komandanı balansa gətirmək lazımdır. Məşqlərdə də nəticələrə baxırıq. Biz bilməliyik ki, bura yaxşı olsaydı, məşqçini dəyişib başqasını gətirməzdilər. Nələrsə, yaxşı deyil ki, dəyişiklik olur. Bura nələrdənsə şikayət etmək üçün gəlməmişəm. Məni bura komandanı bu situasiyadan çıxarmaq üçün gətiriblər. Bu haqda danışmıram. Situasiyadan çıxmaq istəyirik. Problemlər var. Buradayamsa, mən həll etməliyəm. Kluba, azarkeşlərə bu şikayətlər maraqlı deyil. Görəcək işlərimiz çoxdur. Nəsə deməyim düzgün çıxmaz. Etik deyil. Etik olsa da, “Neftçi” camiəsi üçün maraqlı deyil. Bunu anlayıram.

– Yeqor Boqomolskini aşağılamaq kimi çıxmasın, onda nə görmüsüz ki, şans verirsiz?

– Ümidləri doğrultmaqdan söhbət getmir. 90 dəqiqə oynasaydı da, məşqçi üçün göstərici deyil ki, onun haqda qərar verək. Ümumi analiz etsək, Boqomolski girdiyi təhlükəli epizodlar filan, ritmdən düşmüş Darbodan daha yaxşı idi. Bir-iki epizodda düzgün qərar versəydi, qol olardı. Biz nə istəyirik? Kimsə yorulubsa, tapşırıqları yerinə yetirmirsə, onu bir nəfərlə əvəzləməlisən. Boqomolski Darboya baxanda daha önə qaçan futbolçulardandır.

– Azarkeşlər komandanı alqışlamadılar. İlk oyundakı partlayışdan sonra sanki onların da ümidləri tükənib…

– Qatı azarkeşlər? Burada olanda, olmayanda da, nə danışırlarsa, deyirlərsə nəsə axtarmaq günahdır. Bizim situasiyamızda baş məşqçi kimi nə danışa bilərəm? Hansısa azarkeşimizə nə etiraz etmək ixtiyarımız var? Nə deyə bilərik? Hamısı özünə görə haqlıdır. Nə edirlərsə, düzgün edirlər.

– “Sumqayıt”da olarkən “Neftçi”ni analiz etmisiz. Bu komandaya gəldikdən sonra hansı durum daha dəhşətli gəlir sizin üçün?

– Çiynimizə yük olsun ki, o durumdan çıxaq. Uda bilmirik hələ ki. “Sumqayıt”da baş məşqçi olanda, “Neftçi”nin içində deyildim, oyunçular haqda informasiyam yox idi. Burada baş məşqçinin istəyilə yığılan futbolçulardır. Mən dediklərim heç kimə maraqlı deyil. Əsas odur ki, vəziyyətdən çıxa bilək.

– Sizcə, Murad Məmmədov gələcəkdə fərq yarada biləcək oyunçu ola bilər?

– Muradda öz yaşına görə ən yaxşı xüsusiyyət çox futbol istəyi var. Oynamaq istəyir, aqressivdir. Belə futbolçular tez inkişaf edir. Bu xüsusiyyət ona inkişaf etməkdə təkan olacaq. Heç nədən çəkinmir. Murad oynadığı birinci hissədə yaxşı işlər gördü. Onun tərəfdən qapımıza da hücumlar getdi. Murad oynaya-oynaya artırmalıdır. Akademiyamızın futbolçusudur. Heç olmasa indiki situasiyada o cür futbolçular qazanarıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 08 Noyabr 2024 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see400

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see321

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see300

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see299

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see296

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see291

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see289

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see275

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see273

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see269

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see259

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see254

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see253

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see247

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see235

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see210

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see207

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see188

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri