Icma.az
close
up
RU
Samir Abasov qələbə hesabını doğma şəhərdə açdı

Samir Abasov qələbə hesabını doğma şəhərdə açdı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt – Neftçi (Bakı) 0:2 (0:0)
1. Mehdi Cənnətov – 5,0
80. Keffel Resende – 5,0
14. Pedro Pinto – 5,0
72. Rayan Senhadji – 5,0
25. Abdul Raşid Mumini – 5,0
8. Səbuhi Abdullazadə (k) – 5,5
7. Rüstəm Əhmədzadə - 5,0
19. Roy Kehat – 5,5
(10. Nikola Ninkoviç, 83) – 5,5
23. Ronaldo Vaskes – 5,5
(71. Masaki Murata, 70) – 5,0
11. Aleksa Yankoviç – 5,5
(21. Nihad Əhmədzadə, 70) – 5,0
9. Aleksandr Ramalinqom – 6,0
Ehtiyat oyunçular
22. Xəyal Fərzullayev
56. Aftandil Arixov
3. Höccət Haqverdi
6. Rauf Rüstəmli
75. Nadir Orucov
97. Vüsal Paşayev
Baş məşqçi: Saşa İliç
Komandanın ən yaxşısı: Aleksandr Ramalinqom
13. Kenan Piriç – 6,0
24. Mustafa Sek – 6,0
17. Murad Xaçayev – 5,5
15. Elvin Bədəlov – 5,5
77. Falaye Sako – 6,0
8. Emin Mahmudov (k) – 6,5
6. Sessi D’Almeyda – 6,0
23. Cordan Rezabala – 5,5
(19. Ağadadaş Salyanski, 73) – 7,0
10. Freddi Varqas – 6,0
(4. Elvin Camalov, 90) – qiymətsiz
9. Bassala Sambu – 5,5
(22. Luis Ortis, 59) – 5,5
11. İmad Faraj – 6,5
(28. Alessio Kurçi, 90) – qiymətsiz
Ehtiyat oyunçular
1. Emil Balayev
93. Rza Cəfərov
7. Emil Səfərov
47. Murad Məmmədov
14. Edvin Kuç
27. Kristian Kostin
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Ağadadaş Salyanski
Qollar: A.Salyanski, 79 (0:1, İ.Faraj). A.Kurçi, 90+2 (0:2, E.Mahmudov).
Vərəqələr: S.D’Almeyda, 29 (qeyri-idman hərəkəti). S.Abdullazadə, 52 (qeyri-idman hərəkəti). R.Vaskes, 65 (hakimin qərarına etiraz). R.Əhmədzadə, 81 (hakimin qərarına etiraz). F.Varqas, 90 (oyunun bərpasının ləngidilməsi) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Tural Qurbanov (Bakı).
VAR hakiminin köməkçisi: Asiman Əzizli (Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
21 sentyabr. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 3500 tamaşaçı (9502 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Mövsümə fırtına kimi başlasa da, həm nəticə, həm də oyun baxımından enişdə olan “Sumqayıt” hələ yeni “futbol ili”ndə ilk qələbəsini qazana bilməyən “Neftçi”ni qəbul etdi. Təbii ki, hər iki komanda bu matça dönüş nöqtəsi kimi baxırdı. Axı nə “İmişli”nin səhvi üzündən verilən texniki qələbə ilə öyünmək olardı, nə də ardıcıl 5 matçda qalib gələ bilməməklə...
Komandalar oyuna yetərincə istəkli başladı. Hətta meydan sahibləri hələ 4-cü dəqiqədə ilk təhlükəli epizodun müəllifi ola bilərdi. Sadəcə, baş hakim Rüstəmin Farajın müdaxiləsindən sonra cərimə meydançasında yerdə qalmasını qayda pozuntusu kimi dəyərləndirmədi. Düzü, fransalı həqiqətən də topa oynamışdı. Bir qədər sonra “Neftçi”nin hesabı açmaq cəhdinə şahidlik etdik. Eminin ötürməsini qarşılayan D’Almeyda təxminən 30 metrdən fərqlənmək eşqinə düşdü ki, Mehdi yerində idi. 23-cü dəqiqədə “ağ-qaralar”ın daha bir fürsəti boşa verdiyini gördük. Əslində Eminin topu künc zərbəsindən cərimə meydançasına göndərdiyi ana qədər hər şey doğru edilmişdi. Ancaq Rüstəmin “kürə”yə toxunmasına mane olmağa çalışdığı Elvinin qeyri-dəqiqliyi qonaqların işini korladı. Paytaxt təmsilçisinin 45-ci dəqiqədə reallaşdırdığı hücum da hesabın açılmasıyla nəticələnmədi. Buna qədər Yankoviç və Rezabalanın fərdi səhvlər üzündən həlledici nöqtəni qoya bilmədiyi hücumlara şahidlik etmişdiksə, bu dəfə daha tutarlı hücum izlədik. Dəqiq desək, Sambu – Emin – Rezabala kombinasiyası sonuncunun təxminən 25 metrdən qol vurmaq istəyiylə müşayiət olundu. Ancaq Mehdinin birinci yarıda qol buraxmaq niyyəti yox idi. O ki qaldı ikinci yarıya...
“Sumqayıt” işə “yağlı tikə”ni əldən verməklə başladı: Ramalinqom Elvinin diqqətsizliyi üzündən yaxın məsafədə Piriçlə üz-üzə qalsa da, qolkiperin öhdəsindən gələ bilmədi. 58-ci dəqiqədə Sambu qeyri-dəqiq zərbə ilə yadda qaldısa, 62-ci dəqiqədə Ramalinqom yenə Piriçlə bacarmadı. Nəhayət, 79-cu dəqiqədə “Mehdi Hüseynzadə”dən qol səsi eşidildi. Bu, Farajın Rüstəm, Kehat və Resendenin mane olmaq cəhdlərinə rəğmən, irəli atılıb topu Ağadadaşa çatdırması, gənc hücumçunun “çərçivə”ni dəqiq nişan alması sayəsində mümkün oldu. Belədə daha böyük həvəslə irəli atılan qonaqlar 86-cı dəqiqədə də fərqlənə bilərdi. Lakin Varqas qeyri-dəqiq zərbə vurdu. “Ağ-qaralar” məqsədinə “kimyaçılar”ın 90+2-ci dəqiqədə topu itirməsi, daha dəqiqi, Səbuhinin irəliyə göndərmək istədiyi “kürə”nin Elvinə qismət olmasıyla çatdı. Çünki Camalovun Eminə, kapitanın Kurçiyə ötürdüyü top sonuncunun zərbəsi sayəsində tora qovuşdu.
Beləliklə, “Neftçi” 5 tur davam edən tilsimi cavabsız qollarla qırdı! Saşa İliç və komandası isə səhvlərindən dərs çıxarsa, yaxşıdı. Hadisələrin axarının “Sumqayıt”ı hədəfə doğru aparmadığı göz önündədi...
Gözdən qaçmadı
// 20 sentyabr Neftçilər günü olduğundan komandalar və hakimlər briqadası meydana “kaska” ilə çıxdı. Onlar “Milli sərvətimizin qəhrəmanları, Neftçilər gününüz mübarək” sözlərinin yazıldığı pankart açdı.
// Samir Abasov 31-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə aldı. Baş məşqçi komandasının ilk qolunda həm məshuldar ötürmə müəllifi olan Farajı, həm də Ağadadaşı qucaqladı.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri