Icma.az
close
up
RU
Samir Əliyev: Qarabağ adını Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazdırdı

Samir Əliyev: Qarabağ adını Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazdırdı

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Benfika"nı məğlub etməklə adını Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazdırıb.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev deyib.

Mütəxəssis komandadan növbəti oyunlarda daha böyük nəticələr tələb olunacağını deyib:

"Qarabağ" UEFA Çempionlar Liqasında "Benfika" kimi komandanı səfərdə məğlub etməklə adını Azərbaycanın futbol tarixinə qızıl hərflərlə yazdırdı. Bu, 15, 20 il sonra da yada düşəcək. "Benfika" Joze Mourinyonun rəhbərlik etdiyi "Fənərbağça"nı məğlub etmişdi. Portuqaliya təmsilçisi köklü, həm də UEFA Çempionlar Liqasında yetərincə təcrübəsi olan komandadır. Dəfələrlə top-klubları məğlub ediblər. İlk dəqiqələrdə "Qarabağ"a iki qol vurdular. Həqiqətən mən də bir çoxları kimi "Qarabağ"ın geridönüş edəcəyinə inanmırdım. Amma möhtəşəm qələbə qazandılar. Avropada göstərdiyi oyunla komanda gücünü göstərdi. Dünənki uğurun təməli bir neçə il əvvəl qoyulub. Artıq "Qarabağ"a daha ciddi yanaşırlar və növbəti oyunlarda da belə olacaq. Həmçinin "Qarabağ"dan daha böyük nəticələr tələb olunacaq".

O, "Qarabağ"ın komanda ruhu hesabına qələbə qazandığını vurğulayıb:

"Komanda illərlə formalaşmış beynəlxalq təcrübənin hesabına qələbə qazandı. Futbolçular, baş məşqçi uzun müddətdir birlikdədirlər. Komanda ruhu var. Qurban Qurbanov hər oyundan əvvəl deyirdi ki, bu bizim üçün təcrübədir. Bu uğur həmin o təcrübənin nəticəsidir".

S.Əliyev Ağdam təmsilçisinin bu mövsüm UEFA Çempionlar Liqasında çox xal toplayacağını düşünür:

"Dünənki qələbədən sonra hər kəsin gözləntisi böyük olacaq. Püşkatmadan sonra əksəriyyət komandanın evdə oynayacağı rəqiblərdən xal ala biləcəyini yazırdı. Komanda artıq ilk 3 xalını qazandı. Hesab edirəm ki, "Qarabağ"ın bu mövsüm UEFA Çempionlar Liqasında topladığı xalların sayı daha çox olacaq".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"nı üstələyib - 3:2. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Sentyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri