Samir Əliyev: “Qarabağ” mərhələ adlayaraq öz işinin öhdəsindən gəldi
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 14 avqust, AZƏRTAC
Səfərdəki oyunla evdəki qarşılaşma arasında fərq var idi. “Qarabağ” doğma divarlar arasında daha inamlı təsir bağışladı. Bununla belə, yeni futbolçuların komandaya tam uyğunlaşması üçün müəyyən zaman lazımdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Samir Əliyev “Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”sunu 2:0 hesabı ilə məğlub edərək pley-offa yüksəlməsi barədə danışarkən deyib.
O bildirib ki, futbolda hər matçda mütləq qələbə qazanmaq kimi bir şərt yoxdur: “Bəzən məğlubiyyətlər də qaçınılmaz olur. “Qarabağ”ın bir çox aparıcı futbolçusu komandadan ayrılıb, heyətə yeni oyunçular cəlb olunub. Onlar tam adaptasiya dövrü keçməyiblər. Bu baxımdan səfərdəki və evdəki oyunlar arasında fərqin olması təbiidir”.
Samir Əliyev qeyd edib ki, Ukrayna təmsilçisi əvvəlki əzəmətindən uzaqdır və əsasən gənc futbolçulara güvənir: “Dinamo” ən yaxşı günlərini yaşamır. “Qarabağ”a mərhələ adlamaq lazım idi ki və bunun da öhdəsindən gəldi”.
Qeyd edək ki, “Qarabağ” səfərdə “Dinamo”ya 0:1 hesabı ilə məğlub olsa da, evdə rəqibini 2:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib. Ağdam təmsilçisinin növbəti mərhələdəki rəqibi Niderlandın "Tvente" komandası olacaq. Pley-offun ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 14 Avqust 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















