Samir Əliyev Qarabağ Dinamo mübarizəsindən nə gözləyir?
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Konfrans LIqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə üz-üzə gələcək "Qarabağ" bu gün Polşanın Lublin şəhərində Ukrayna təmsilçisi ilə ilk oyuna çıxacaq. Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış məşqçi, futbol oynadığı dönəmdə Ukraynada legioner həyatı yaşamış Samir Əliyevlə əlaqə saxlayıb təmsilçimizin "Dinamo" ilə mübarizəsindən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ"ı Kiyev "Dinamo"su ilə həqiqətən maraqlı mübarizə gözləyir. "Dinamo" böyük klubdur. 1975-ci ildə Çempionlar Kubokunun qalibi olmuş, 1975 və 1986-cı illərdə UEFA Kuboklar Kubokunu, eləcə də 1975-ci ildə həm də UEFA Superkubokunu qazanmış klubdur. Ukrayna təmsilçisi müxtəlif vaxtlarda 3 dəfə Çempionlar Liqasının yarımfinalına da yüksəlməyi bacarıb. Bu komandanın əfsanəvi baş məşqçisi Valeri Lobanovskinin adını yada salmaq kifayət edirsə, Oleq Bloxin, İqor Belanov və Andrey Şevçenkonun "Qızıl top" mükafatını qazandığını bilirik. Amma "Qarabağ"da 10 ildn artıqdır ki, Azərbaycanı Avropada layiqincə təmsil edir. Komandamıza hazırda bütün Avropa klubları hörmətlə yanaşırlar. Düzdür, "Dinamo"nun indiki heyətində əvvəlki ulduzlar yoxdur. Daha çox gənc yetirmələrinə güvənirlər. Lakin bütün hallarda, "Dinamo" adlı-sanlı və güclü rəqibdir. Ümid edirəm ki, "Qarabağ" iki oyunun nəticəsinə görə "!Dinamo"nu mübarizədən kənarlaşdıracaq".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 06 Avqust 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















