Icma.az
close
up
RU
Samir Nuriyev: Ağalıda torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün icarə müqavilələri bağlanılır

Samir Nuriyev: Ağalıda torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün icarə müqavilələri bağlanılır

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün icarə müqavilələri bağlanılır.

Missiya.Az xəbər verir ki, bunu Prezident Administrasiyasının və işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Ağdam şəhərində keçirilən Qərargahın növbəti iclasında bildirib.

"Dayanıqlı məskunlaşmaya nail olmaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin həlli əsas hədəflərdən biridir. Bu məqsədlə kənd təsərrüfatı sahəsində fəaliyyətin genişləndirilməsi, biznes mühitinin stimullaşdırılması və iqtisadi fəallığın təşviqi istiqamətlərində zəruri tədbirlər görülür. Artıq Ağalı kəndində sakinlərlə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün icarə müqavilələri bağlanır, işğaldan azad olunmuş ərazilərdə yaradılmış sənaye məhəllələrində sahibkarlıq fəaliyyəti genişləndirilir və investisiyalar cəlb edilir", - S.Nuriyev qeyd edib.

Xatırladaq ki, Ağalı kəndində kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədi üçün 110 hektar ərazi seçilib. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq. Torpaq 2 illik veriləndən sonra monitorinqin nəticələrinə əsasən müddət 3 il olacaq, 5 illik icarə isə 15 il üçün nəzərdə tutula bilər. Ağalı kəndindəki kənd təsərrüfatı təyinatlı torpaqlar əkin məqsədi ilə heç bir icarə haqqı olmadan istifadəyə veriləcək.

Ağalı kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqlarının əkilməsi nəzərdə tutulur.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://missiya.az
archiveBu xəbər 23 May 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri