Icma.az
close
up
RU
Ağalıda torpağın əkin məqsədli istifadəsinə dair icarə müqavilələrinin imzalanmasına başlanılıb

Ağalıda torpağın əkin məqsədli istifadəsinə dair icarə müqavilələrinin imzalanmasına başlanılıb

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Zəngilan rayonu Ağalı kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı icarə müqavilələrinin imzalanmasına başlanıb. 

525.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, bu gün kənd sakinləri ilə icarə müqavilələrinin imzalanması mərasimi keçirilib. Ağalıda təşkil olunan imzalanma mərasimində nazirliyin, eləcə də Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Xüsusi Nümayəndəliyinin əməkdaşları, Nazirlik Aparatı və tabeli qurumların məsul şəxsləri, Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, kənd sakinləri, fermer və sahibkarlar iştirak ediblər. 

Nazir müavini İlhamə Qədimova bildirib ki, Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ölkə Prezidentinin 27 noyabr  2024-cü il tarixli fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli qərarı ilə təsdiqlənən “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirilir.

Nazir müavini qeyd edib ki, Ağalı kəndi üzrə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinlərindən müraciətlərin qəbulu prosesi 1 mart - 31 mart tarixləri arasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsi ilə aparılıb. Ümumilikdə kənd sakinlərindən kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı 74 müraciət daxil olub. Torpaqların istifadəyə verilməsi prosesinin nəzərdə tutulan vaxtda yekunlaşdırılması məqsədilə Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları sakinlərə hərtərəfli texniki dəstək göstərib. Daxil olan müraciətlər təhlil edilib, şərtlərə cavab verən 68 müraciət təsdiqlənib. Ağalı kəndində qeydiyyatda olmadığına görə 5 şəxsin, təkrar müraciətə görə 1 şəxsin müraciətinə imtina verilib. Təqdim edilən parsellərə müraciətlər çox olduğu üçün Qaydalara əsasən birləşmə imkanları barədə məlumatlandırma aparılmış, habelə 2-30 aprel tarixləri arasında müraciətçilərə təlimlər keçirilmişdir. Müraciətləri təsdiqlənmiş şəxslərdən 32 nəfər 3 kooperativ formalaşdırıb. Bununla da işğaldan azad olunmuş ərazilərdə ilk kooperativlər fəaliyyətə başlayıb. İlk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə kooperativlərdə birləşmiş kənd sakinləri arasında icarə müqavilələri imzalanıb. Müraciətləri təsdiqlənmiş digər kənd sakinləri ilə icarə müqaviləsinin bağlanması və icarəyə verilən ərazilərin sakinlərə yerində tanıdılması prosesi may ayının 31-nə qədər davam edəcək.

Tədbirdə çıxış edən Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Cahid Mövlayev qeyd edib ki, “Böyük Qayıdış”ın ilk ünvanı sayılan Ağalıda kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədi ilə sakinlərə güzəştli şərtlərlə icarəyə verilməsinə başlanılması buradakı əhalinin daha geniş səviyyədə kənd təsərrüfatı ilə məşğul olmasına imkan verir. Bu isə onların sosial həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olacaq.

Qaydalara əsasən, istifadəsinə torpaq sahələri verilmiş kənd sakinləri torpaqlardan təyinatına uyğun istifadə etməli, ərazinin iqlim şəraitinə uyğun, mütəxəssislərin tövsiyə etdikləri bitkiləri yetişdirməli, sertifikatlı toxum və tinglərdən istifadə etməli, torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirləri görməlidirlər. Müəyyən olunmuş qaydalara (öhdəliklərinə) əməl etməyən sakinlər ilə bağlanan icarə müqavilələrinə xitam veriləcək, torpaq sahələri təyinatına uyğun istifadə üçün digər kənd sakinlərinin istifadəsinə veriləcək.

torpaq sahələri suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərin əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik bitkilər üçün 5 il təşkil edir. Növbəti illərdə torpaqdan səmərəli istifadənin nəticəsinə uyğun olaraq müqavilələrin müddəti uzadıla bilər.

Tədbir çərçivəsində kənd sakinlərinə aqrar sahədə dövlət dəstəyi tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının aqrar sahədə göstərdiyi xidmətlər, aqrar subsidiya mexanizmi, texnika və damazlıq heyvanların alışının maliyyələşdirilməsi, kənd təsərrüfatı təyinatlı kreditlərin ayrılması, müasir suvarma sistemlərindən istifadənin əhəmiyyəti, aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı məlumatlandırma sessiyaları təşkil edilib. 

İmzalanma mərasimindən sonra tədbir iştirakçıları Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun 5 hektar sahədə salınmış nümayiş əkinlərinə baxış keçiriblər. Nümayiş əkinlərinin salınmasında məqsəd torpaqları icarəyə götürmüş kənd sakinlərinə əkin üsulları, əkin sxemi, müasir suvarma sistemlərinin quraşdırılması təcrübəsi ilə yerində əyani tanış olmasına imkan yaratmaqdır.

Xatırladaq ki,  aprel ayında keçirilən təlimlərdə Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün EKTİS vasitəsilə müraciətlərin qəbulu qaydaları, şərtlər və tələblər, müasir suvarma sistemlərinin əhəmiyyəti, səmərəli təsərrüfatçılığın təşkili, texnikalardan səmərəli istifadə qaydaları,  tərəvəzçilik, bitkiçilik, meyvəçilik, əkinçilik, aqrar sahədə fermerlərə göstərilən dövlət dəstək tədbirləri, işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları, iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsirləri mövzuları işlənib.

Təlimləri uğurla başa vurmuş kənd sakinlərinə sertifikatlar təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Aprel 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see166

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see147

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see132

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see131

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri