Icma.az
close
up
RU
Samirədən cəmiyyəti silkələyən jest: “Ağır addımdır, lakin... VİDEO

Samirədən cəmiyyəti silkələyən jest: “Ağır addımdır, lakin... VİDEO

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Qazaxıstanda keçirilən “Silkway Star” yarışmasında münsif qismində çıxış edən Azərbaycanın “Avroviziya-2021” təmsilçisi Samirə Əfəndinin erməni ifaçıya münasibəti ölkə ictimaiyyətində etiraz doğurub. Müğənninin erməni iştirakçını qucaqlaması və “sülh üçün sənə ən yüksək xalı verirəm” deməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Globalinfo.az-a danışan yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, 30 ildən artıq davam edən münaqişədən sonra iki qonşu ölkə – Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamaq ərəfəsindədir:

“Bu prosesdə ictimaiyyətin geniş təbəqələrinin, o cümlədən mədəniyyət və ictimai xadimlərin də xalq diplomatiyası vasitəsilə etimadın bərpasına töhfə verməsi vacibdir. Şübhəsiz ki, bu münaqişə bizim tariximiz, ağrımız və şəhidlərimizin xatirəsi ilə bağlıdır. Ermənistan uzun illər işğal siyasəti yürüdüb. Lakin bu gün Ermənistan tərəfi artıq reallığı qəbul edir: sülh sazişini Azərbaycanın tələb etdiyi şərtlər çərçivəsində imzalamağa hazır olduğunu bildirir. Buna görə də münaqişənin nifrət və qarşıdurma deyil, sülh ilə birgəyaşayış çərçivəsində həll olunması üçün hər iki xalqın səyləri zəruridir. Bu baxımdan həm Ermənistan, həm də Azərbaycan ictimaiyyətinin nümayəndələri sülhə aparan münasibətlərin qurulmasında maraqlı olmalıdırlar.

Samirə Əfəndinin yarışmada erməni iştirakçıya qucaq açması bəlkə də bizim üçün ağırdır. Amma bu jestinə görə onu tənqid atəşinə tutmaq düzgün deyil. Bəziləri üçün bu, emosional olaraq çətin görünə bilər. Lakin bu davranış düşmənçilik yox, sülh niyyəti daşıyan bir addım kimi qəbul edilməlidir. Uzun illər davam edən münaqişələr, Birinci və İkinci Dünya müharibələrinin dəhşətləri bütün dünyaya göstərib ki, silahlı qarşıdurmalar heç bir xalqa inkişaf gətirmir. Bu baxımdan azərbaycanlı münsifin davranışı dünya tərəfindən də alqışla qarşılandı”.

Aydın Xan Əbilov

Kulturoloq qeyd edib ki, müharibə XXI əsrin formatı deyil:

“Müharibəyə sərf olunan resurslar ölkələrin inkişafına yönəldilə bilər. Sərhədlərin dəqiqləşdirilməsi, açılması və regional nəqliyyat dəhlizlərinin, o cümlədən Tramp dəhlizinin fəaliyyətə başlaması hər iki ölkə üçün yeni imkanlar yaradacaq. Sülhü yalnız siyasətçilər deyil, xalqlar da istəməli və dəstəkləməlidir. Azərbaycanın ictimai xadimlərinin İrəvana səfəri, Ermənistan nümayəndələrinin Bakıya gəlişi etimadın formalaşdığını göstərir. Xalq diplomatiyasının müxtəlif formaları – mədəni tədbirlər, idman yarışları, birgə layihələr münasibətlərin normallaşmasına mühüm töhfə verə bilər.

Azərbaycan və Ermənistan xalqları arasında musiqi, mədəniyyət, adət-ənənələr və gündəlik həyat tərzində çoxlu oxşarlıqlar mövcuddur. Bu ortaq cəhətlər qarşılıqlı etimadın bərpasına kömək edə bilər. Sülh prosesinə qarşı çıxanlar faktiki olaraq dövlət siyasətinə də zidd mövqe sərgiləmiş olurlar. Çünki hər iki dövlətin məqsədi bölgədə uzunmüddətli sabitliyi təmin etməkdir. Ona görə də cəmiyyət bu kimi addımları emosional şəkildə deyil, məntiqli şəkildə qiymətləndirməli və sülhə xidmət edən təşəbbüsləri dəstəkləməlidir. Samirə Əfəndinin jesti də bu kontekstdə sülhə yönəlmiş bir davranış kimi qəbul edilməlidir”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri