“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Pekin, 8 oktyabr, AZƏRTAC
Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics”in ilin 3-cü rübündəki əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 782,5 faiz artaraq 107,4 trilyon vona (təxminən 80,2 milyard ABŞ dollar) çatıb.
AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, bu, “Samsung Electronics”in tarixində rekord rüblük artımdır. Şirkət ötən ilin dördüncü rübündən bəri davam edən rekord göstəricilər seriyasını qoruyub saxlayıb.
Üçüncü rübdə şirkətin ilkin gəliri də illik müqayisədə 126,6 faiz artaraq 195 trilyon vona çatıb. “Samsung Electronics” bu göstərici üzrə də ardıcıl 4-cü rübdür ki, öz rekordunu yeniləyib.
Süni intellekt sistemlərində istifadə olunan yarımkeçiricilərə olan kəskin tələbat fonunda şirkətin əməliyyat mənfəəti marjası rekord səviyyəyə – 55,1 faizə çatıb. Xalis mənfəət və hər bir biznes bölməsi üzrə ətraflı maliyyə göstəriciləri bu ayın sonunda açıqlanacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 08 Oktyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















