Icma.az
close
up
RU
Samsung telefonlarında bu funksiyanı söndürmək performansı artıra bilər

Samsung telefonlarında bu funksiyanı söndürmək performansı artıra bilər

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir sıra "Samsung Galaxy" istifadəçiləri bildirirlər ki, "RAM Plus" funksiyasını söndürdükdən sonra telefonları daha sürətli cavab verir və daha axıcı işləyir. Lakin mütəxəssislər qeyd edirlər ki, bu tövsiyə bütün "Galaxy" modellərinə şamil edilmir.
Demokrat.az
xəbər verir ki, "Samsung" 2021-ci ildə təqdim etdiyi "RAM Plus" funksiyası ilə daxili yaddaşın bir hissəsini virtual operativ yaddaş (RAM) kimi istifadə edir. Şirkətin məlumatına görə, bu xüsusiyyət fiziki RAM dolduqda sistemin işini dəstəkləyir, arxa planda daha çox tətbiqin açıq qalmasına və çoxtapşırıqlılığı yaxşılaşdırmağa kömək edir.
Bununla belə, son vaxtlar bir çox istifadəçi və texnologiya nəşrləri xüsusilə yüksək RAM-a malik telefonlarda bu funksiyanın söndürülməsini tövsiyə edir.
Niyə "RAM Plus" bəzən telefonu ləngidir?
"MakeUseOf" portalında dərc olunan təhlilə əsasən, "RAM Plus" söndürüldükdən sonra tətbiqlərin açılması, ekranın sürüşdürülməsi və proqramlar arasında keçid daha sürətli həyata keçirilib.
Bunun əsas səbəbi fiziki RAM ilə daxili yaddaş arasında sürət fərqidir.
Fiziki RAM (LPDDR) məlumatları çox yüksək sürətlə emal etmək üçün nəzərdə tutulub. Daxili UFS yaddaşı isə nisbətən yavaşdır. Sistem virtual RAM kimi daxili yaddaşdan istifadə etdikdə məlumatların oxunması və yazılması daha çox gecikmə yaradır ki, bu da bəzi əməliyyatların ləng işləməsinə səbəb ola bilər.
Bundan əlavə, "Android" əməliyyat sistemi operativ yaddaşı avtomatik idarə edir, ehtiyac olduqda boşaldır və boş RAM-dan müvəqqəti məlumatların saxlanılması üçün istifadə edir. Buna görə də 8, 12 və ya 16 GB RAM-a malik modellərdə əlavə virtual yaddaşa ehtiyac əksər hallarda yaranmır.
Hansı telefonlarda faydalıdır?
Mütəxəssislərin fikrincə, "RAM Plus" xüsusiyyəti əsasən 4–6 GB RAM-a malik modellərdə faydalıdır. Belə cihazlarda eyni vaxtda çoxlu proqram işlədildikdə və ya ağır oyunlar açıldıqda tətbiqlərin yenidən yüklənməsinin qarşısını almağa kömək edir.
Lakin 8 GB və ya daha çox RAM-a malik "Galaxy" modellərində bu funksiyanın üstünlükləri nəzərəçarpacaq dərəcədə azalır və bəzi hallarda cihazın cavabvermə sürətini zəiflədə bilər.
Funksiyanı necə söndürmək olar?
İstifadəçilər bu funksiyanı aşağıdakı ardıcıllıqla deaktiv edə bilərlər:
* "Ayarlar" (Settings) bölməsinə daxil olun.
* "Cihaza qulluq" (Device Care) menyusunu açın.
* "Yaddaş" (Memory) bölməsini seçin.
* "RAM Plus" funksiyasını söndürün.
* Dəyişikliklərin qüvvəyə minməsi üçün telefonu yenidən başladın.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 İyul 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see289

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see278

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see275

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see270

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see270

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see261

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see256

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see252

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see248

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see246

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see232

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see227

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see226

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see226

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see223

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see220

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see215

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see214

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see208

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri