“Samsung” telefonlarında yeniləmə problemi YARANIB
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
“Samsung” smartfonlarının bəzi istifadəçiləri “One UI 9” yeniləməsini quraşdırdıqdan sonra cihazlarını açmaqda problemlə üzləşiblər.
Redaktor.az xəbər verir ki, bu barədə “Android Authority” nəşri məlumat yayıb.
Məlumata görə, problem yeniləmənin quraşdırılmasından sonra ortaya çıxıb. İstifadəçilər telefonun ilkin quraşdırılmasını tamamlaya bilmədiklərini, ana ekrana daxil olmaq istədikdə isə “Giriş qadağan edildi” xətası ilə qarşılaşdıqlarını bildiriblər.
Şikayətlər “Galaxy S24”, “S25”, “S26” seriyalarının, eləcə də qatlanan modellərin sahiblərindən gəlib. Problemdən təsirlənən cihazların ümumi sayı hələlik məlum deyil.
İstifadəçilər problemin həlli üçün telefonun internet bağlantısını müvəqqəti söndürməyi, həm Wi-Fi, həm də mobil məlumatları deaktiv etdikdən sonra quraşdırmanı tamamlamağı tövsiyə edirlər. Digər mümkün üsul isə cihazı təhlükəsiz rejimdə başladaraq quraşdırmanı tamamlamağa çalışmaqdır. Bildirilir ki, bu üsullar məlumatların silinməsini tələb etmir.
“Samsung” şirkəti məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Problemin gələcək proqram yeniləməsi ilə aradan qaldırılması gözlənilir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 13 Oktyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















