Icma.az
close
up
RU
Samuxda II Ərik Festivalı keçiriləcək

Samuxda II Ərik Festivalı keçiriləcək

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

21 iyun 2025-ci il tarixində  Samux rayonunda II Ərik Festivalı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, respublikada ilk dəfə Ərik Festivalı Samux Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə 08 iyun 2024-cü il tarixində keçirilib.

Gəncə-Daşkəsən iqtisadi rayonuna daxil olan Samux rayonunda ənənə halını alan "Ərik Festivalı" ilə yanaşı “Aqrar Biznes Festivalı” da keçiriləcək.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər, eyni zamanda kənd təsərrüfatı sahəsinə diqqət və qayğısı nəticəsində rayonlarda bağçılıq ildən-ilə inkişaf edir. Bu cür festivalların keçirilməsi rayonların aqrar inkişafına, yerli məhsullarının tanıdılmasına və aqroturizm potensialının artırılmasına güclü təkan verir. 

Ərik festivalının keçirilməsi eyni zamanda rayonun milli adət ənənələrinin, qonaqpərvərliyinin, turizm imkanlarının tanıdılmasında, ərikdən hazırlanan məhsulların təşviqində vacib rol oynayır.

Festivalda milli mətbəx təamlarının hazırlanması, fermerlərin yetişdirdikləri ərik məhsullarının (ərik meyvəsi, ərik mürəbbəsi, ərik qurusu, ərik kompotu, ərik şirəsi və s.) stendlərlə təqdimatı, sənətkarların və kommersiya satıcılarının stendləri, ustad dərslərinin təqdimatı (taxta üzərində oyma, səbət hörmə və s.) qol güləşi, uşaqlar tərəfindən milli rəqslər, məktəblilərin əriklə bağlı hazırladığı əl işləri, rəsmlər  nümayiş olunacaq.

Respublikamızda olduğu kimi Samux rayonunda da ərik çox qədim zamanlardan bəri yetişdirilir. Hazırda rayonun fermer və fərdi təsərrüfatlarında 500 hektardək sahədə 16 sort  ərik becərilir. 41 hektar sahədə isə müasir intensiv ərik bağları salınıb.
Ərik meyvəsi əsas qida məhsullarından biri hesab edilir. Hal-hazırda rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssilərində və əhali təsərrüfatlarında istehsal edilən ərik meyvəsi şəhərlərə və xarici bazarlara çıxarılır.

Festifalın sonunda geniş bayram konserti və möhtəşəm atəşfəşanlıq olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyun 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri