Icma.az
close
up
RU
Samuxda III Ərik Festivalı keçirilib

Samuxda III Ərik Festivalı keçirilib

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Regional İnkişaf” İctimai Birliyi, Samux Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində iş adamları üçün Aqrar Biznes Festivalı da baş tutub.

Tədbirlərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Seymur Səfərli, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, yerli və xarici iş adamları, rayon ictimaiyyətinin nümayəndələri, respublikanın müxtəlif bölgələrindən gəlmiş qonaqlar və gənc könüllülər  iştirak ediblər.

İştirakçılar Ümummilli Lider Heydər Əliyevin Samux şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyub, dövlətçiliyimizin banisinin əziz xatirəsini ehtiramla yad ediblər.

Aqrar bayram münasibətilə Samux şəhərinin küçə və prospektləri, park və xiyabanları  bəzədilib, milli musiqi sədaları altında keçirilən rəngarəng yürüşlər tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Heydər Əliyev prospektindəki parkda təşkil olunan tədbirlərdə rayonun zəngin kənd təsərrüfatı potensialı, eləcə də festivalın ruhuna uyğun olaraq,  yerli fermerlərin yetişdirdiyi ərik növləri, bu meyvədən  hazırlanan mürəbbələr, şirələr və digər məhsullar sərgilənib. Müxtəlif sektorlarda mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, mədəni irsiçmizə aid nümunələr nümayiş etdirilib, həmçinin milli mətbəximizin bir-birindən dadlı təamları təqdim olunub.

Festival ərazisində qurulan sərgi və satış guşələri, peşəkar və həvəskar sənətkarların əl işləri, əyləncə, ustad dərsləri və  idman yarışları guşələri tədbirə xüsusi rəng qatıb. 

Aqrobiznes Festivalı çərçivəsində isə kənd təsərrüfatı sahəsində tətbiq olunan müasir texnologiyalar, innovativ avadanlıqlar və aqrar təyinatlı texnikalar nümayiş etdirilib. Aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən toxum, gübrə, bitki mühafizə vasitələri və digər məhsullar sərgilənib, onlar haqda fermerlərə ətraflı məlumat verilib.

Festivalın əsas məqsədləri yerli təsərrüfatçıların yetişdirdikləri ərik və digər məhsulları təqdim etmək, sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirmək, aqroturizmin inkişafına töhfə vermək, Samux meyvəçilik ənənələrinin daha geniş miqyasda təbliğini təmin etmək və rayonun sosial-iqtisadi inkişafına dəstək göstərmək olub.

Aqrar bayramın açılş mərasimində çıxış edən rayon rəhbəri Firdovsi Əliyev Samuxda  kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. O, vurğulayıb ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, eləcə də kənd təsərrüfatının dəstəklənməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bağçılıq sahəsi də sürətlə inkişaf edir və o sıradan, Samux rayonunda ərik bağlarının sahəsi 500 hektardan artıqdır və burada 16 müxtəlif ərik sortu yetişdirilir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Seymur Səfərli çıxışında Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqların aqrar sahənin inkişafında yeni mərhələnin əsasını qoyduğunu diqqətə çatdırıb. O qeyd edib ki, dövlət başçısı kənd təsərrüfatında məhsuldarlığın artırılmasının, müasir texnologiyaların tətbiqinin, su resurslarından səmərəli istifadənin, emal sənayesinin genişləndirilməsinin və fermerlərin dövlət dəstəyi ilə əhatə olunmasının vacibliyini vurğulayıb.

Festival axşam saatlarınadək davam edib. 
İştirakçılar Azərbaycanın tanınmış incəsənət nümayəndələrinin konsert proqramını, sonra isə möhtəşəm atəşfəşanlığı izləyiblər.

Zakir Muradov,

Samux - Gəncə
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://525.az
archiveBu xəbər 22 İyun 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri